Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2018
15:53
Nazirlik bu ilin 9 ayında 44,8 min nəfəri işlə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin yanvar-sentyabr aylarında 44,8 min nəfər işsiz və işaxtaran şəxsi işlə təmin edib.

Bu barədə FaktXəbər-ə nazirlikdən məlumat verilib.

Bu il ərzində 7 minədək işsiz vətəndaşın özünüməşğulluq proqramı çərçivəsində ailə əməyinə əsaslanan kiçik ailə təsərrüfatlarının yaradılması planlaşdırılıb. Oktyabrın 1-dək proqram üzrə təlim kurslarına 7,3 mindən çox şəxs cəlb olunub ki, onlardan bu kursları bitirərək biznes planları uğurlu hesab edilən şəxslərin öz kiçik ailə biznesini qurmaları üçün mal və materiallarla təmin olunmasına başlanılıb.

Yanvar-sentyabr aylarında işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkili işləri davam etdirilib. Hesabat dövründə nazirliyin xətti ilə ümumilikdə 2075 nəfər (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 1923 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 152 nəfər) peşə hazırlığına cəlb olunub. Ödənişli ictimai işlərə cəlb olunanların sayı isə bu ilin 9 ayında 865 nəfər təşkil edib.

Qeyd olunan dövrdə dövlət məşğulluq orqanlarının təşkil etdikləri peşəyönümü tədbirlərində 79,7 min nəfər gəncə işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar və əmək bazarının tələblərinə uyğun düzgün peşə seçmələri məqsədilə peşəyönümü məsləhətləri verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 03:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com