Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2018
15:28
Səudiyyə konsulunun gözü qarşısında Kaşıqçıya işgəncə edilib, başı kəsilib

FaktXəbər.com-un məlumatına görə, Türkiyə KİV-i yoxa çıxan səudiyyəli müxalif jurnalist Camal Kaşıqçı cinayəti ilə bağlı yeni təfərrüatları paylaşıb. Bildirilir ki, qəddarcasına həyata keçirilən qətlin şahidi  Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu olub.

Məlumata görə, ABŞ-ın The Washington Post qəzetinin əməkdaşı olan Kaşıqçını öldürməzdən əvvəl işkəncə veriblər. Qətldən sonra isə onun başı bədənindən ayrılıb.

Türkiyənin «Yeni Şafak» gündəlik qəzeti bildirib ki, diplomatik missiyanın  divarları arasında qeydə alınan audioyazını əldə edə bilib. Orda istintaqda iştirak edən Səudiyyənin baş konsulu Muhəmməd Utaybinin səsi aydın eşidilir. Qeyddə diplomat «bunu» başqa yerdə etməsi ilə bağlı xahişi də eşidilir. Lakin digər səs, etiraz edəcəyi təqdirdə Utaybın özü ilə bağlı təhdid edir.

Bundan əvvəl Türkiyə polisi Səudiyyə Ərəbistanı konsulluğunda Kaşıkçının ölümü ilə bağlı dəlillər əldə etdiyini yazmışdı. Lakin təfərrüat verilməmişdi. Bundan başqa məlum olub ki, Səudiyyənin baş Konsulu təcili surətdə Türkiyədən vətəninə qayıdıb.

Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə sənədlərini götürmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna girən və ordan yoxa çıxan jurnalist Camal Kaşıkçının qətli ilə bağlı animasiya hazırlanıb.

Xatırladaq ki, Səudiyyə rejiminə və xüsusən vəliəhd şahzadə Mühəmməd bin Salmana müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.

Qeyd edək ki, Camal Kaşıkçı “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.

Türkiyə mediası "Washington Post" yazarı, səudiyyə ərəbistanlı Camal Kaşıkçını (Kaşukî) oğurlamaq üçün Türkiyəyə gələn Səudiyyə Ərəbistanından olan kəşfiyyat qrupunun "Atatürk" hava limanındakı görüntülərinin üzə çıxdığı barədə yazmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kaşıkçı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 04:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com