Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2018
17:21
Kerç politexnik texnikumunda QƏTLİAMIN yeni təfərrüatları - VİDEO
18 nəfər həlak olub, onlarla insan isə xəstəxanaya yerləşdirilib

FaktXeber.com-un məlumatına görə Kerç hadisələrinin yeni təfərrüatları bəlli olub. Məlumt olub ki, silahlı gənc ikinci və üçüncü tənəffüsün arasında texnikuma daxil olub. O, ikinci mərtəbəyə çıxaraq dəhlizdə olan uşaqlara atəş açıb. 

Həmin vaxt məktəbdə yeganə növbətçi olan Natalya Panikorovskaya atışma səsi eşidərək SOS düyməsinə basıb, sonra isə uşaqları xilas etməyə çalışıb və ilk yaralananlardan olub. O, hazırda xəstəxanadadır, həkimlər onun həyatı uğrunda mübarizə aparır.

Tələbələr təşviş içində pəncərələrin şüşələrin qıraraq ordan tullanaraq qaçmağa çalışıblar. Bundan başqa yaralıları da çıxarmağa çalışıblar.

Sonra hücumçunun güllələri qurtarır. O, birinci mərtəbəyə düşərək orda bomba partladıb.

Hadisə yerinə təcili yardım maşınları, yanğınsöndürənlər, kinoloqlar cəlb olunub. Lakin xərəklər çatışmadığından zərərçəkənlər taxtaların üzərində aparıblar.

Dağıntılar altından qətliamı həyata keçirən Vlad Roslyakovun cəsədi tapılıb. Onun özünü öldürdüyü məlum olub.

Krımda üç günlük matəm edan olunub.

Qurbanların sayı 18-ə yüksəlib.

****

14.15

Kerçdə peşə məktəblərinin birində partlayış baş verib, həlak olanlar və yaralananlar var. FaktXeber.com-un  verdiyi məlumata görə, bu barədə TASS xəbər verib.

İlkin məlumatlara görə, azı 10 nəfər həlak olub, 50 nəfər isə xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kerç 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 05:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com