Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2018
14:16
Yeni modelə uyğun keçiriləcək sınaq imtahanına bu mövzulardan suallar DÜŞMƏYƏCƏK

Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə sınaq imtahanı keçirəcək.

Hazırda hər kəsi maraqlandıran əsas məsələ sınaq imtahanına düşəcək mövzularla bağlıdır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sınaq imtahanlarının mövzuları ictimaiyyətə elan olunmayacaq. 

FaktXeber.com AzEdu.az-a istinadla, abituriyentlərin narahatlığını nəzərə alaraq, bəzi fənlər üzrə qəbul proqramından çıxarılan və bu səbəbdən də sınaq imtahanında öz əksini tapmayacaq mövzuları diqqətə çatdırır.

Sınaq imtahanının mövzuları bütün fənlər üzrə V-XI sinif dərsliklərini əhatə edəcək. İmtahanda IX sinif şagirdləri də iştirak edə biləcəklər. Buraxılış imtahanları üzrə sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulmur.

Tarix fənnindən 1945-ci ildən sonrakı dövrləri əhatə edən Ərəb ölkələri, Koreya, Şərqi Avropa ölkələri qəbul proqramından çıxarılıb.

Azərbaycan dili fənni üzrə proqramından çıxarılan mövzular:

  • Vurğu, heca;
  • Təsirli, təsirsiz fel;
  • Əməli yazı növləri ;
  • Tabeli və tabesiz mürəkkəb cümlə;
  • Neologizmlər və dialekt sözlər ;
  • Obrazlılığın səviyyə göstəriciləri ;
  • Proqrama əlavə olunan mövzu:
  • Xülasə və tezisin yazılması.

Ədəbiyyat üzrə qəbul proqramı V-XI sinifləri əhatə edəcək. Nəzəriyyə materialları əvvəllər olduğu kimi qalır. V-XI siniflərin dərsliklərindəki son səhifədə ədəbiyyatşünaslıq terminlərindən test düşə bilər. Ədəbiyyatda əsas qəbul proqramı X -XI sinif dərslikləri üzrədir. Sözügedən fənn üzrə aşağı siniflərdən 100-ə qədər əsər seçilib proqrama əlavə ediləcək. Əsas olan proqram isə yenə də X-XI sinif dərsliklərini əhatə edəcək.

Bəzi əsərlər ixtisarla veriləcək. İmtahana da həmin qısa mətndən suallar düşəcək. Növbəti illərdə xarici ədəbiyyatdan da sualların qəbul imtahanına salınması nəzərdə tutulub. Proqrama icmal mövzuları əlavə edilib.

Qeyd edək ki, qəbul proqramında mövzular üzrə əsas dəyişiklik humanitar fənlərlə bağlıdır.

Sınaq imtahanına qeydiyyat 16 oktyabr saat 10:00-dan 22 oktyabr saat 09:00-dək aparılacaqdır.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 04:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com