Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2018
13:03
DİN yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı məlumat yayıb

“Yeni nəsil şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar ötən aydan Daxili İşlər Nazirliyinin (DİN), eləcə də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytlarında yerləşdirilərək istifadə qaydası barədə ətraflı məlumat verilsə də, təəssüf ki, əksər istifadəçilər elektron şəxsiyyət vəsiqəsi məlumatlarının oxunması üçün zəruri tədbirlərin görülməsinə nədənsə təşəbbüs göstərmir, nəticədə onlara həmin sənədlə müraciət edən vətəndaşlara xidmət göstərə bilmədiklərinə görə sonuncuların haqlı narazılığına şərait yaradırlar”.

Bu barədə FaktXəbər-ə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bildirilib.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi aidiyyəti orqanlara, o cümlədən mülkiyyət növündən, təyinatından və idarəetmə formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlara, bank-maliyyə qurumlarına, digər hüquqi və fiziki şəxslərə bir daha müraciət edərək onları yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) yerləşdirilmiş məlumatların oxunması, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır.

Bu məqsədlə hüquqi və fiziki şəxslər zəruri faylları Daxili İşlər Nazirliyinin (www.mia.gov.az) və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş (https://mia.gov.az/?/az/news/view/1237/) və (http://www.bpqmi.gov.az/?/az/news/view/117/) linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxuya və zərurət olduqda eksport edə bilərlər.

Qeyd edək ki, cari il sentyabr ayının 1-dən ölkədə yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Qanunvericiliyə əsasən onun əsas özəlliklərindən biri də həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatların elektron daşıyıcıda (çipdə) yerləşdirilməsidir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 14:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com