Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2018
12:11
Bakıda qəza: sürücü və vəzifəli şəxs həbs edildi

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub.

Daxili İşlər Nazirliyindən Faktxeber.com-a verilən məlumata görə, nəticədə yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb.

Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov hadisə yerindən yayınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə sürücülük vəqisəsinin belə olmadığı məlum olub.

Bu səbəbdən sürücü Ş.Cəfərova müvafiq sənədləri olmadan sərnişin avtobusunu idarə etmək üçün verən  “Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri Kamil Məmmədov da saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 265-1.2 (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Artıq Sabunçu Rayon Məhkəməsinin qərarı ilə  sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov barəsində 4, “Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri K.Məmmədov barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qəza isə bağlı əlavə istintaq tədbirləri davam etdirilir.

Məqalədə : qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda dərman istehsal olunacaq - FOTO

09

Dekabr
21:12
İQTİSADİYYAT
235

Erkin Qədirli seçkiyə gedir

09

Dekabr
16:45
SİYASƏT
261

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

09

Dekabr
16:09
ELM / TƏHSİL
263

Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ

09

Dekabr
16:00
HÜQUQ,HADİSƏ
345
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 01:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru