Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2018
11:20
Sabah Bakıda ilk Milli Turizm Sammiti keçiriləcək

Sabah 18 oktyabr 2018-ci il tarixində Bakı Konqress Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammiti baş tutacaq. Tədbirdə Azərbaycanın yeni milli turizm brendinin, loqosunun və şüarının geniş ictimaiyyət üçün təqdimatı olacaq, gələcək planlar və layihələr, qlobal və regional bazarlarda aparılacaq marketing strategiyası haqqında məlumat veriləcək.

Dövlət orqanlarından, diplomatik nümayəndəliklərdən, turizm sahəsinin əsas iştirakçılarından, yerli və xarici şirkətlərdən, kütləvi informasiya vasitələrindən 1500-dən çox iştirakçının təmsil olunacağı sammitdə eyni zamanda Dövlət Turizm Agentliyinin və agentliyin tabeliyində olan Azərbaycan Turizm Bürosununun kollektivi də təqdim ediləcək.

Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : turizm 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com