Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2018
10:15
Kommersiya və vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı açıqlanıb - SİYAHI

Vergilər Nazirliyi “Kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nı təsdiq edib.

Qərarı nazir Mikayıl Cabbarov imzalayıb.

Sənədə əsasən, Kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısına Azərbaycan Vergilər Nazirliyi üzrə: vergilər naziri, vergilər nazirinin birinci müavini, vergilər nazirinin müavinləri, vergilər nazirinin müşavirləri, vergilər nazirinin köməkçisi, Vergilər Nazirliyinin Aparatının rəhbəri, onun müavinləri, Vergilər Nazirliyinin aparatının departamentlərinin (şöbələrinin) baş direktorları (direktorları), onların müavinləri, habelə həmin departamentlərin tərkibində idarələrin direktorları və şöbələrin rəhbərləri, Vergilər Nazirliyinin yanında departamentlərin və ərazi vergilər departamentlərinin baş direktorları, onların müavinləri, habelə həmin departamentlərin tərkibində idarələrin direktorları (rəisləri), şöbələrin (bölmələrin) rəhbərləri (rəisləri), Vergilər Nazirliyinin ərazi vergilər idarələrinin direktorları, onların müavinləri, habelə həmin idarələrin tərkibində şöbələrin (bölmələrin) rəhbərləri, Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin direktorları, onların müavinləri, o cümlədən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə: Naxçıvan Muxtar Respublikasının vergilər naziri, Naxçıvan Muxtar Respublikasının vergilər nazirinin müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikasının vergilər nazirinin köməkçisi, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi aparatının şöbə (bölmə) rəisləri, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, habelə həmin idarələrin tərkibində şöbələrin (bölmələrin) rəisləri, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin və həmin şöbələrin tərkibində bölmələrin rəisləri daxildir.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mikayıl Cabbarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 03:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com