Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2018
17:16
Həkimə hicabına görə telekanallar efir qadağası qoydu

Terapevt-allerqoloq Gülnar Quliyeva hicablı olduğuna görə telekanalların qapısı üzünə bağlanıb. FaktXəbər bildirir ki, həkim facebook profilində bu məlumatı paylaşıb:

"Dostlar, mən başıbağlı olduğuma görə heç bir televiziya kanalının sağlıq proqramlarına qatıla bilmirəm.

Bu gün Xəzər Tv, İctimaiTv-dən belə bir xəbər gəldi: "Sizi qəbul edə bilmərik, üzürlü sayın. Milli Teleradio Şirkəti tapşırıb ki, bu sezondan başıbağlılar efirə buraxılmasın.

Özümü təhqir olunmuş, aşağılanmış kimi hiss edirəm. Belə bir ölkədə həkim olmaqdansa yad ölkədə sanitarka işləmək daha gözəldi. Mən çox gözəl bilirəm ki, belə bir qanun yoxdur. Sözüm bu qərarı verənlərədi: Bayram Nurlunu çıxarın efirlərə, gələcək nəsillər ibrət götürsün. 

Postum yanlış anlaşılmasın. Kanala qatılmamaq problem deyil. Bir inanclının haqqı trans, gey, emo, falçının haqqı qədər deyilmi?".

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində hicaba qadağa yoxdur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hicab 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 04:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com