Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2018
17:05
Azərbaycanda 169 əcnəbi saxlanılıb - VİDEO

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 nəfər əcnəbi saxlanılıb.

DMX-dən FaktXəbər-ə verilən məlumata görə, onlardan 8 nəfər Pakistan, 1 nəfər Hindistan və 1 nəfər İraq vətəndaşı Dövlət Təhlükəsizlik Xidməti (DTX), 4 nəfər Pakistan vətəndaşı isə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilmiş birgə tədbirlər zamanı saxlanılıb.

Saxlanılmış 11 nəfərin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları və digər 158 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Həmin əcnəbilərdən 150 nəfər barəsində inzibati qərarlar qəbul olunub, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 04:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com