Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2018
13:21
2864
Məşhur şirkətin rəhbərinin və ailəsinin öldüyü təyyarə qəzasına səbəb selfi olub-VİDEO

Avstraliyada göyərtəsində tanınmış şirkətin rəhbəri və ailəsinin olduğu təyyarənin qəzaya uğramasına səbəb selfi çəkmək olub. FaktXeber.com-un  Haberler-ə istinadla verdiyi məlumata görə, bu barədə Avstraliya Rabitə Təhlükəsizlik Xidməti xəbər verib.

Qeyd edək ki, ötən ilin dekabr ayının 31-də 44 yaşlı təcrübəli pilot Qaret Morqanın idarə etdiyi təyyarə Sidney yaxınlığında dənizin üzərində qəzaya uğramışdı. Həmin vaxt göyərtədə sərnişin qismində dünyaca məşhur keyterinq firması olan, qida sənayesi və ərzaq xidməti nəhəngi Compass Group-un rəhbəri Riçard  Kuzins, həmçinin onun ailə üzvləri – iki oğlu Edvard və Vilyam Kuzinslər, gəlini  Emma Bouden və qızı Xezer Bouden olub.

İstintaq zamanı təyyarənin təhlükəsizliklə bağlı  heç bir problemin və ya pilot xətasının olmadığını ortaya çıxarıb. Ehtimal olunur ki, sərnişinlərdən biri  kokpitin içərisində selfi çəkmə tələbində olub.

Araşdırmalardan irəli gələn fərziyyəyə görə, sərnişin foto çəkərkən dirsəyi pilot Qaret Morqanın başına dəyib. Nəticədə pilot özündən gedib.

Bundan əvvəl, Yeni İl şənliindən qayıdan sərnişinlərin və pilotun öldüyü qəzaya səbəb kimi  pilot xətası göstərilirdi.



Məqalədə : təyyarə qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
45

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1067

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
69

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
613

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
677

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
224

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
115

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
102
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 12:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru