Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2018
11:23
Bakı metropolitenində CBTC sistemləri ilə bağlı iş aparılır

Bakıda "Bakı Metropoliteni" QSC-nin üzvü olduğu “Metro” Beynəlxalq Assosiasiyasının MDB məkanı ölkələri metropolitenlərində və dəmir yollarında tətbiq edilən yeni texnika və qabaqcıl texnologiyalara və sistemlərə həsr olunmuş növbəti müşavirəsi keçirilib. Tədbirdə assosiasiya üzvləri olan metropolitenlərin işarəvermə və rabitə xidmətlərinin rəhbərləri, həmçinin dünyanın aparıcı şirkət, təşkilat və müəssisələrinin, tanınmış elmi-tədqiqat institutları və mərkəzlərinin rəhbər-mütəxəssis heyəti iştirak ediblər.

Müşavirənin keçirilməsində əsas məqsəd Bakı metropolitenində tətbiq edilmiş ən müasir və yüksək dünya standartlarınn tələblərinə cavab verən yeni texnika və qabaqcıl texnologiyaların təqdimatı, son illərdə həyata keçirilən yeni layihələrlə bağlı geniş təcrübə və fikir mübadiləsi aparmaq olub.

İki gün davam edən müşavirədə “Metro” Assosiasiyasına daxil olan metropolitenlərdə hərəkət təhlükəsizliyinin möhkəmləndirilməsi, hərəkətin təşkili və idarə olunması sahəsində tətbiq edilən ən son yeniliklər barədə çıxışlar edilib, problemli məsələlər üzrə fikir mübadiləsi aparılıb. Müşavirə iştirakçıları Bakı metrosunun “Avtovağzal”, “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyalarına baxıblar, əmək şəraiti, əməyin elmi təşkili, müasir texnologiyalardan faydalanmaq imkanları ilə tanış olublar.

 

"Metro" Beynəlxalq Assosasiyasının baş texnoloqu Vyaçeslav Kurışev Bakı metrosunda SCADA sisteminin və "Tetra" şəbəkəsinin tətbiqi uğurla davam etdirildiyini bildirib.

"Bakı metropolitenində CBTC sistemləri ilə bağlı maraqlı layihələr üzərində iş aparılır. Ümid edirəm ki, bu yeniliklər tez bir zamanda həyata vəsiqə alacaq və biz də sizin təcrübənizi öyrənmək üçün bir daha gözəl şəhərinizdə toplaşacağıq", deyə o, vurğulayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : metro 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com