Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2018
09:20
3007
Tanınmış Qarabağ qazisi vəfat edib

“Qarabağ qaziləri” İctimai Birliyinin sədri, tanınmış ictimai xadim, I qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib.

Mərhum bir müddətdir ağ ciyər xəstəliyindən əziyyət çəkən E.Əsədov bu gün səhər saatlarında dünyasını dəyişib.

O, bu gün Yeni Günəşli qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, E.Əsədov 836 saylı Ağdam ərazi özünü müdafiə batalyonunun tərkibində erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, bir ayağını itirib.

O, 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.

Allah rəhmət eləsin!

Məqalədə : Qarabağ qazisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
0

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru