Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2018
17:36
Müddətli müqavilə ilə işə qəbul prosesi hər ay həyata keçiriləcək

Builki müraciətlərə əsasən, müəllimlərin işə qəbulu prosesində əsas problemlər sənədləşmədə olub.

Məsələylə bağlı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun MİQ üzrə mütəxəssisi Nurlan İsmayılbəyli bildirib ki, elektron ərizələrdə bəzi səhvlər olurdu:

“Buna görə bizə müraciət edirdilər. Onlar üçün şərait yaradıb, köməklik edirdik. Müddətli müqavilə əsasında müəllimlərlə birillik müqavilə bağlanır. 1 ilin sonunda daimiləşmə prosesi aparılır. Müsahibə götürülür, namizəd uğurla keçərsə, həmin vakant yerə daimiləşdirilir.

Boş yerlər qaldığı halda həvəsləndirmə tətbiq olunan yerlərə vakansiya elan olunur. Həmin yerlərə müraciətlər var idi. Burada balı və  yaşayış yerini əsas götürərək namizədlərə həmin yerlər təklif olundu. Təxminən, 200-ə yaxın namizəd də 2 həftə ərzində bu yolla işlə təmin olundu”.

N.İsmayılbəyli vurğulayıb ki, müddətli müqavilə ilə işə qəbul prosesi hər ay həyata keçiriləcək:

“Tədris prosesi başladıqdan sonra rəhmətə gedən müəllim, sosial məzuniyyətə yollana müəllimlər ola bilər.Bunları nəzərə alaraq yeni yaranan vakant yerlər və əvvəlkilərə ayda bir dəfə təkrarlanaraq müddətli müqavilə ilə vakansiya elan olunacaq”.

MİQ imtahanlarında daha yüksək ballı namizədlər heç nədən narazı olmurlar. Xüsusilə kimya və riyaziyytda belə bir hal yaşamışdı. Namizədlərin əksəriyyəti səhv sualların olduğunu iddia edirdilər. Başqa namizəd isə  yüksək bal toplayan müəllim tərəfindən rahatlıqla həll olunurdu. Bəzi namizədlər sualalrından çətinliyindən narazılıq edirdilər. İbtidai sinif müəllimlərində belə bir şey olmuşdu ki,onlar məntiqdən düşən sualların daha çox riyaziyyatla bağlı olduğunu bildirirdilər. Bildriirdilər ki, bu sullar onsuz da tədris prosesini əhatə etmir. Eyni zamanda bütün imtahan zallarında bizim ekspertlər fəaliyyət göstərir. Dərhal ekspertlərə bu sualları təqdim eedirdik.

Son 4-5 ilin nəticələrinə görə, hər il müəllimlərin həm məntiq,metodikadan həm də ixtisasdan nəticələri artan tendensiyasını müşahidə edirik.

MİQ üzrə müsabiqə qaydaları hər il müsabiqədən əvvəl müəyyənləşdirilir. İstənilən halda xüsusi elektron xidmətlərin aktivləşməsi üçün, bizə gələn şikayətlərə əsasən, prosesi sadələşdirməyə cğçalışırıq. Bəzi problem olmuşdu və bunlara nəzərə alaraq bunu daha rahat hala gətirib çıxartdıq. Elektron qaydada müraciət qalacaq yalnız elektron xidmətlərin optimalaşdırlıması prosesində davam edəcək./AzEdu.az

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Müddətli müqavilə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 04:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com