Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2018
17:23
Badamdar şossesinə mobil seysmik stansiyalar quraşdırıldı

Bakı şəhəri Səbail rayonunda , Badamdar 20-ci sahə şossesində baş verən sürüşmə ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları qrup şəklində ərazidə tədqiqatları davam etdirilər.

Mərkəzdən FaktXeber.com-a istinadla verilən məlumata görə, hazırda mərkəzin əməkdaşları ərazidə seysmik kəşfiyyat, maqnitometrik tədqiqat işləri aparırlar. Mərkəz əməkdaşları tərəfindən sürüşmə zonasında meyilliyin ölçülməsi üçün əraziyə tiltimetr, eləcə də gözləmə rejimində işləyən mobil seysmik stansiyalar quraşdırılıb.

Qeyd edək ki, aparılan tədqiqatlar zamanı toplanmış materiallar elmi baxımdan təhlil edildikdən sonra, ərazidəki vəziyyətə dair hesabat hazırlanaraq, hökümətə təqdim ediləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 04:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com