Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2018
15:54
17621
Orfoqrafiya Komissiyası qoşa `y` və `m` hərfləri ilə bağlı son qərarını verdi
Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları təsdiqlənmək üçün hökumətə təqdim edildi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini təsdiqlənməsi üçün Nazirlər Kabinetinə (NK) təqdim edib.

FaktXeber.com-un Trend-ə istinadla məlumatına görə, bu barədə Orfoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, sentyabrın ortalarında akademik Akif Əlizadənin sədrliyi ilə keçirilmiş Orfoqrafiya Komissiyasının iclasında yeniləşən orfoqrafiya qaydaları görkəmli dilçi alimlərin iştirakı ilə müzakirə edilib və bununla bağlı yekun qərar verilib:

“Artıq yeni qaydalar layihəsində tərəflər üçün mübahisəyə səbəb olan heç bir məsələ qalmadı. Bu qərar verilərkən Azərbaycan dilinin qrammatik qaydaları, azərbaycançılıq meyarları və nəhayət, ictimai rəyi nəzərə aldıq. Elə məsələlər var ki, onlar bu gün deyil, bir qədər sonrakı mərhələdə gündəmə gələ və həll oluna bilər”.

İ.Həbibbəyli əlavə edib ki, yeni orfoqrafiya qaydaları layihəsi NK tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə minəcək.

Xatrladaq ki, Orfoqrafiya Komissiyasının iclasında iki maddə qəbul edilməyib. Həmin maddələr bunlar olub:

- Ərəb mənşəli -iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa "y" samitindən birinin düşməsi;

Mövcud variant: ədəbiyyat, riyaziyyat, davamiyyət və s.

Təklif olunan variant: ədəbiyat, riyaziyat, mədəniyət, davamiyət, cərrahiyə, maliyə və s.

- Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa "m" hərflərindən birinin düşməsi.

Mövcud variant: qrammatika, kommersiya, kommutator, kommensal, kommentari, kommentator, kommersant, simmetriya, kommunist, meqommetr, lemma (riyaz.), lemminq (-lər) (zool.) və s.

Təklif olunan variant: qramatika, komersiya, komutator, komensal, komentari, komentator, komersant, simetriya, komunist, meqometr, lema (riyaz.), leminq (-lər) (zool.) və s.

Məqalədə : orfoqrafiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
400

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
394

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
452

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1255

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1452

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1219

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1251

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
521
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 07:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru