Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində görülən tədbirlər davam etdirilir. Bu istiqamətdə idarə əməkdaşları əməkdaşları həftəsonu paytaxtın müxəlif küçə və prospektlərində maarifləndirici və profilaktik tədbirlər keçiriblər.
DİN-dən FaktXəbər-ə verilən məlumata görə, reyd zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə də rast gəlinib. Keçirilən tədbirlər zamanı polisin qanuni saxlama əmrinə tabe olmayaq avtomobili saxlamaqdan imtina edən və bununla da kobud qayda pozan xanım sürücü Səbail rayonu, Rəşid Behbudov küçəsində süni tıxac yaradıldıqdan sonra saxlanılıb.
Daha bir avtoxuliqanlıq hərəkətləri edən sürücü Nərimanov rayonu, Həsən Əliyev küçəsində aşkar edilib. Belə ki, “Niva” və “Lexus” markalı avtomobillərin sürücüləri qarşı yola çıxaraq yüksək sürətlə hərəkət edib və digər hərəkət iştirakçılarına aşkar təhlükə yaradıblar. Yol polisi əməkdaşlarının “saxla” işarəsinə tabe olmayan sürücülər məsuliyyətdən yayınmaq üçün ayrı-ayrı istiqamətlərə gediblər. Sonda DYP əməkdaşları süni sıxlıq yaradaraq “Lexus” markalı avtomobilin sürücüsünü Ziya Bünyadov prospektində saxlamağa nail olublar.
Qeyd edək ki, avtoxuliqanlıq edən digər 90-GJ-444 dövlər qeydiyyat nişanlı “Niva”nın sürücüsünün isə saxlanılması barədə qərar çıxarılıb.
Reyd zamanı sərxoş vəziyyətdə saxlanılan sürücü Əhməd Hüseynov polisdən qaçmaq üçün maşını yolun hərəkət hissəsində saxlayaraq düşüb qaçmağa çalışsa da, o saxlanılıb. Sürücü nəqliyyat vasitəsini mühafizə olunan müvəqqəti duracağa yerləşdirmək üçün avtomobilin açarlarını polislərə verməkdən boyun qaçırıb. Daha sonra tibbi müayinə zamanı onun ağır dərəcəli sərxoş olduğu üzə çıxıb.
“Mersedes” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən daha bir sürücü Zakir Rüstəmov isə Xətai rayonu Xocalı prospektində saxlanılıb. O, əvvəlcə polislərə spirtli içki qəbul etmədiyini desə də, sonradan sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyini etiraf edib.
Sərxoş vəziyyətdə saxlanılan “Prado” markalı avtomobilin sürücüsü isə əvvəlcə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edərək məsuliyyətdən yayınmağa çalışıb. Amma polislər tərəfindən onunla profilaktik söhbətlər aparılaraq spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini idarə etməyin törədə biləcəyi ağır fəsadlar barədə məlumat verilib. Daha sonra bu sürücü barəsində də qanunamüvafiq tədbir görülüb.
“Mersedes” markalı mikroavtobusu sərxoş hala idarə edən növbəti sürücü Ziya Bünyadov prospektində saxlanılıb. Sürücü nə qədər təəccüblü olsa da, etdiyi əmələ haqq qazandırmağa çalışıb. O, içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün peşman olmadığını bildirib.
Qeyd edək ki, son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su qabları, beton qırıntıları, sement, mərmər və digər ağır əşyalar yığırlar. Bununla da onlar avtomobilin ön hissəsinin qalxmasını, arxa hissəsinin isə aşağı düşməsini təmin edirlər. Reyd zamanı bu üsulla, yəni avtomobilin yük yerinə beton qırıntıları yığaraq görünüşü dəyişən sürücülər də aşkar edilib.
Reyd zamanı sərxoş halda nəqliyyat vasitəsini idarə edən 14, avtoxuliqanlıq edən 3, polisə tabe olmayan 2 sürücü aşkarlanıb. Digər kobud qayda pozuntularına yol verən sürücülər barəsində də müvafiq tədbirlər görülüb. Ümümilikdə, reyd zamanı 50-dən artıq sürücü saxlanılaraq inzibati qaydada cərimə edilib, bir neçəsinin barəsində toplanmış materiallar isə məhkəmələrə təqdim edilib. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

“ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb
09
Dekabr
Müdafiə Nazirliyindən Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri barədə açıqlama
09
Dekabr
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verilir
09
Dekabr
Azərbaycanda "Vertolyotların əsaslı təmiri və servisi mərkəzi"nin təməli qoyulub
09
Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
09
Dekabr05-12-2019 11:37 Gürcüstanda sərxoş polis həmkarlarına atəş açıb
05-12-2019 10:52 Hindistanda atlı polislərə at əvəzinə çubuq verildi - VİDEO
29-11-2019 15:34 Turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək
25-11-2019 16:47 Daşkəsənə yeni DYP rəisi təyin olunub
21-11-2019 12:09 Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
08-11-2019 12:25 Yol polisi piyadalara müraciət edib
- 09-12-2019 20:20 Bakıda ticarət mərkəzində qadın özünü bıçaqlayıb
- 09-12-2019 16:04 Bakıda yolu keçən qadını maşın belə vurdu – REAL VİDEO
- 09-12-2019 16:00 Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ
- 09-12-2019 13:16 DİN-dən Bakıda ögey ananın azyaşlılara işgəncə verməsi məsələsinə RƏSMİ REAKSİYA
- 09-12-2019 13:15 Məhkəmə Telman İsmayılovun evini satışa çıxardı
- 09-12-2019 13:08 Şənbə günü yol qəzalarında 4 nəfər ölüb
- 09-12-2019 12:30 "Qızım İlkinin evində öldü" - Atası DANIŞDI
- 09-12-2019 11:42 Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıb
- 09-12-2019 11:41 Xırdalanda partlayış olub, xəsarət alan var
- 09-12-2019 11:15 Gəncədə ailə faciəsi
- 09-12-2019 10:57 ABŞ-ın Azərbaycandakı səfirliyinin attaşesi qəzaya düşüb
- 09-12-2019 10:51 Ötən gecə Bakıda 31 yaşlı kişini qətlə yetirən şəxs saxlanıldı
- 09-12-2019 10:35 Bakıda İraq səfirinin müşavirinin avtomobili yanıb
- 09-12-2019 10:21 Yanmış evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub
- 09-12-2019 08:34 Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
- 09-12-2019 08:30 Bakıda bacı və qardaş bıçaqlanıblar
- 06-12-2019 16:23 Bakıda hüquqşünas döyülüb
- 06-12-2019 14:30 Yunis Səfərovun ibtidai istintaqı başa çatıb, iş məhkəməyə göndərilib
- 06-12-2019 12:28 Prokuror Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə cəza istəyib
- 06-12-2019 11:55 Balaca "KİA" yük maşınını belə vurub aşırdı - ANBAAN VİDEO
- 06-12-2019 11:08 DİN: Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb
- 05-12-2019 17:39 Yol qəzası törədib hadisə yerindən qaçan sürücü tutulub
- 05-12-2019 15:49 85 min manatlıq domofon avadanlıqları oğurlayan şəxslər saxlanılıblar - FOTO
- 05-12-2019 15:32 Bakıda maşın iki piyadanı vurub, ölən var
- 05-12-2019 14:07 Deputat İqbal Məmmədovun oğlunun həbs müddəti uzadılıb