Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2018
13:48
Bakının mərkəzində canlı təhlükə

Son zamanlar Bakı şəhərində və xüsusilə də kəndlərdə sahibsiz itlərin sayı həddən artıq çoxalıb. Bu itlər tərəfindən əsasən uşaqlara hücum edilməsi, onların dişlənməsi hallarının artması ilə bağlı mediada dəfələrlə məlumat yayılıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, təkcə ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it dişləməsi olub.

Bu problemlə paytaxt sakinləri hər gün üzləşir, sahibsiz itlər günün-günorta çağı qarşınıza çıxır, yollarda sərbəst gəzişir. Sahibsiz heyvanları Bakının mərkəz küçələrinədək gətirən səbəblər də var. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır. Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında siçovul, it, pişik kimi heyvanlara rast gəlinir.

Qeyd edək ki, bundan ən çox narahat olan valideynlərdir. Təhlükəli olan isə hücum edən itin quduz olmasıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınarsa, ciddi müalicə olunmazsa, ölümlə nəticələnir.

Azyaşlıların sahibsiz itlərin hücumuna məruz qalması halları Qaradağ, Binəqədi, Xəzər, Yasamal, Sabunçu, Suraxanı, bir sözlə demək olar ki, Bakının bütün rayonlarda qeydə alınıb. Çox sayda KİV nümayəndələrinin yaşadığı 20-ci sahə, Yeni Salyan yolu 22 ünvanındakı “Jurnalistlər binaları”nın yaxınlığında da xeylı miqdarda sahibsiz itlərin gəzdiyini gündəlik olaraq öz gözlərimizlə müşahıdə edirik.  

Bildirək ki, Nazirlər Kabinetinin qərarına əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Sahibsiz heyvanlar insanlara problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir. Sahıbsiz heyvanlar üçün son illərdə yaradılan sığınacaqlar isə azlıq təşkil edir.

Onu da bildirək ki, müəyyən vaxtlarda bəzi heyvanların sayının böyük dərəcədə atrması hallarına Avropanın bəzi ölkələrində də rast gəlinir. Bununla əlaqədar dövlət qurumlarının göstərişlərinə əsasən burada sayı xeylı artan canavarların, maralların və digər vəhşi heyvanların vurulması həyata keçirilir. 

Bakıya gəldikdə isə son illərdə sahibsiz itlərin həddən artıq atrması vətəndaşlarımız üçün təhlükəyə çevrilib, həmçinin küçələrdə ciddi antisanitar vəziyyət yaradır. Bununla əlaqədaq dövlət qurumlarının və xüsusilə kommunal xidmətlərin üzərinə böyük məsuliyyət düşür. Sahıbsiz heyvanlarının sayının ciddi şəkildə tənzimlənməsi tələb olunur. Görünür aidiyyəti qurumların hərəkətə keçməsi üçün kimlərinsə itlərin hücumuna məruz qalıb parçalanmasını gözləyirlər.(qafqazinfo)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bakı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 15:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com