Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2018
13:44
Hüquq müdafiəçiləri tanınmış kriminal avtoritetlə görüşüb

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavinləri Əliməmməd Nuriyev, Elçin Şirinov və ekspert Qartal Hüseynov cənub bölgəsini əhatə edən rayonların Polis Şöbələrində monitorinq keçirib.

Komitə sədri Tural Hüseynov bildirib ki, hüquq müdafiəçiləri Astara, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad və Neftçala rayon Polis Şöbələrinin saxlanma yerlərinə baxış keçirib, orada saxlanılan şəxsləra baş çəkib: “Masallı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yeri təmirə bağlanıb. Digər rayon Polis Şöbələrinin saxlanma yerlərində isə vəziyyət qənaətbəxş idi. Saxlanılan şəxslərin böyük əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərdir. Bundan başqa, saxlanılanlar arasında aliment ödəməkdən yayındığına və xırda talamaya görə tutulanlar da var idi. Saxlanılan şəxslər onlara qarşı rəftardan və saxlanma şəraitindən heç bir şikayət etmədilər”.

T.Hüseynov həmçinin bildirib ki, hüquq müdafiəçiləri Yardımlı rayon Polis Şöbəsində saxlanılan “Kriti Vüsal” ləqəbi ilə tanınan kriminal avtoritet Vüsal Nuriyevlə də görüşüblər: “Vüsal Nuriyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir. Saxlanılan şəxs ona qarşı rəftardan və saxlanma şəraitindən heç bir şikayət etmədi”.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hüquq müdafiəçiləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 03:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com