Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2018
12:45
Rusiyada məktəbli qız 5 uşağı alovun içindən xilas edib

15 yaşlı kamçatkalı Karina Parişyeva  yanan mənzildən 5 uşağı xilas etdiyinə görə mükafatlanacaq. FaktXeber.com-un Rusiya mediasına istinadla  məlumatına görə, bu barədə Kaçmatka bölgəsinin  FHN-dən bildirilib.

Hadisə oktyabrın 15-i binanın 10-cu mərtəbəsində baş verib. Mənzildə yaşayan uşaqlardan biri yanğın başlayan zaman  qonşusu  Karinagilə kömək istəməyə gedib.

Qəhrəmanın sözlərinə görə, həmin vaxt o dərslərini edirmiş. Kömək lazım olduğunu bilən anda, heç düşünmədən yanan məzilə girib.

«Mən mənzilə girəndə otaqlardan biri tamam alovlar içində idi. O biri balaca uşaqları götürərək cəld ordan çıxdım».

Məktəbli qız orda körpə uşaqları götürərək evinə aparıb. Sonra onlara və iki qardaşına isti geyimlə geyindirərək, üzlərinə yaş dəsmal qoyub, evdəki pişikləri də götürərək  küçəyə çıxmaq istəyiblər. Lakin bu vaxt artıq pilləkən də qatı tüstü içində olub. Burdan birtəhər çıxmağa çalışarkən yanğınsöndürən əməkdaşları hadisə yerinə çatıb və onları çıxarıb.

Ümumilikdə Karina 2-9 yaş arası 5 uşağın həyatını xilas edib.

Karinanın sözlərinə görə, onun özü də qorub. Lakin yanındakı uşaqların ən böyüyünin 9 yaşı olduğun, qalanlarının  isə 2-4 yaşları olduğunu düşünəkrən məsuliyyət hiss edib və panikaya düşməməyə çalışıb.

Yanğın zamanı necə hərəkət etmək barədə biliklərini isə valideynlərindən və məktəbdə müəllimlərindən öyrəndiyini bildirib.

15 yaşlı, Karina Parişyeva

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yanğın 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 03:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com