Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2018
12:19
2858
Fazil Məmmədov reanimasiyaya yerləşdirilib

Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti yenidən pisləşib. Sabiq nazir bu səbəbdən yenidən “American Hastanesi”nin reanimasiya şöbəsinə yerləşdirilib, hazırda lazımi tibbi müdaxilələr edilir.

Mənbə bildirir ki, F.Məmmədovun həyat yoldaşı Günay Məmmədova onu bir an belə olsun tək buraxmır. Eks-nazir xəstəxanaya düşəndən onun yanındadır. Eyni zamanda, F.Məmmədovun Türkiyədəki müalicəsinin bahalı olduğu vurğulanır.

Qeyd edək ki, xatırladaq ki, ilin əvvəlində Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. Bu ilin iyun ayında F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub. Avqust ayında səhhəti stabilləşdiyindən sabiq nazirin “Çırağan Palace”da istirahət etdiyi qeyd edilirdi.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.

Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir. (Modern.az)

Məqalədə : Fazil Məmmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
51

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1068

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
69

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
613

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
677

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
227

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
115
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 12:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru