
Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə ümumilikdə 16 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (3 vəzifə) və B (73 vəzifə) növünə aid olan 76 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir. Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 2018-ci il 15 noyabr tarixinə qədər davam edəcək.
DİM-dən FaktXəbər-ə verilən məlumata görə, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.
Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 15 noyabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
ILAN
www.nar.az
Daha ətraflı
Native Video by Adributor
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:
struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Dövlət Mülki Aviasiya Agentliyi (16 vəzifə) tərəfindən təqdim olunmuşdur.
Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:
Dövlət Mülki Aviasiya Agentliyi (16 vəzifə) – AB4 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 2, BB1 altqrupu üzrə 11, BB2 altqrupu üzrə 2
Energetika Nazirliyində BA4 altqrupu üzrə 2 vəzifə
Ekologiya və Təbii Sərvətlər Nazirliyində BA4 altqrupu üzrə 6 vəzifə
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 5 vəzifə
Sumqayıt Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə
Şirvan İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 3 vəzifə
Sumqayıt Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 3 vəzifə
Təhsil Nazirliyində BA4 altqrupu üzrə 2 vəzifə
Salyan Rayon Məhkəməsi BB4 altqrupu üzrə 1 vəzifə
Şirvan Şəhər Məhkəməsi BB4 altqrupu üzrə 5 vəzifə
Ağcabədi Rayon Məhkəməsi BB4 altqrupu üzrə 4 vəzifə
Abşeron Rayon Məhkəməsində BB4 altqrupu üzrə 9 vəzifə
Bərdə Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə
Saatlı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə
Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsində BA3 altqrupu üzrə 1 vəzifə
Ümumilikdə, müsahibəyə çıxarılmış 76 vakant vəzifənin 15- i 5-ci təsnifata, 25-i 6-cı təsnifata, 36-sı isə 7-ci təsnifata aid olmaqla, 1-i AB, 2-si AC, 14-ü BA, 59-u isə BB vəzifə qrupuna aiddir.

Lavrov Aİ-nin İrana qarşı yeni sanksiyaları haqda: Cinayətdən betərdir
13
Aprel
İlham Əliyev Avro-2020-nin Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb
13
Aprel
Peskov: “Rusiya və Azərbaycan hərbçiləri “İsgəndər” məsələsini sıx müzakirə edir”
13
Aprel
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO
13
Aprel
Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçi nə etməlidir? - AÇIQLAMA
13
Aprel25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti
07-02-2020 12:54 Bu şəxslər dövlət qulluğuna imtahansız qəbul ediləcəklər
06-02-2020 15:48 Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
24-01-2020 14:55 Sabah dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
18-01-2020 08:35 Dövlət qulluğuna qəbul və test imtahanları nümunələrinin hazırlığı qaydasına d
07-01-2020 10:20 Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
- 08-04-2021 12:02 Reyhan ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olub
- 08-04-2021 10:25 Məktəblər nə vaxt açıla bilər? - AÇIQLAMA
- 08-04-2021 09:57 Nazirdən məktəblərdə tədrisin dayandırılması barədə yeni açıqlama
- 07-04-2021 12:22 Nazir vaksinasiyanı başa vurmuş məktəblərin adlarını açıqladı - SİYAHI
- 05-04-2021 12:06 Bağçalar sabahdan işləyəcək
- 05-04-2021 11:13 Aprelin 15-dən Azərbaycanda 11 illik baza üzrə buraxılış imtahanları başlayır
- 05-04-2021 09:43 Nazir işləyəcəyini dedi, amma bağçalar bağlıdır
- 05-04-2021 08:54 Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır
- 01-04-2021 16:15 Nazirlikdən bağçalarla bağlı açıqlama
- 01-04-2021 15:40 Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır - RƏSMİ
- 01-04-2021 15:20 Məktəblər bağlansın, ya yox? - Sorğunun nəticələri açıqlandı
- 31-03-2021 14:10 Qəbul imtahanına qədər 18 yaşı olan oğlanların nəzərinə!
- 31-03-2021 10:22 Bakıda daha üç məktəbdə ənənəvi dərslər bərpa olundu
- 30-03-2021 16:26 Azərbaycanda daha üç məktəb koronavirusa görə bağlandı
- 30-03-2021 11:46 Azərbaycanda diplomlarının tanınmasından imtina edilən xarici universitetlər - SİYAHI
- 30-03-2021 10:29 Bakıda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olunub
- 29-03-2021 12:12 Daha 6 məktəb koronavirusa görə bağlandı
- 29-03-2021 10:05 Bakının 4 məktəbində ənənəvi dərslər bərpa olundu
- 25-06-2020 10:59 Növbəti buraxılış imtahanları başlayıb
- 19-06-2020 18:00 Yalnız onlayn imtahanların keçirilməsinə icazə verilir
- 19-06-2020 16:19 3 nəfər yüksək hərarətə görə, 2 nəfər telefon keçirdiyinə görə imtahana buraxılmadı
- 19-06-2020 11:34 Bu gün keçirilən imtahanların nəticələrinin məlum olacağı tarix açıqlandı
- 19-06-2020 11:05 Dünya Bankından təhsillə bağlı qorxuducu açıqlama
- 19-06-2020 10:43 Təhsil Nazirliyi: Müsabiqənin bu ilki nəticələri ən yüksək göstəricidir
- 19-06-2020 09:00 Bu gün növbəti buraxılış imtahanları keçirilir