Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2018
14:18
Həbsdən çıxmış keşiş Trampla görüşəcək

Ötən gün Türkiyədə həbsdən azad edilmiş keşiş Edryu Branson oktyabrın 13-də ABŞ prezidenti Donald Trampla görüşəcək. 

Faktxeber.com Rusiya mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tramp bildirib ki, keşiş yaxşı vəziyyətdədir və tam yoxlanılması üçün Almaniyadadır. 

O, Almaniyaya xüsusi reyslə gətirilib, daha sonra isə buradan Vaşinqtona gedəcək. 

Xatırladaq ki, Bransonun həbsi ABŞ və Türkiyə arasında münasibətləri gərginləşdirmişdi. Keşiş 2016-cı ildə terrorçuluq ittihamı ilə Türkiyədə saxlanılmışdı. Buna cavab olaraq, ABŞ hökuməti türkiyəli nazirlər Əbdülhəmid Gül və Süleyman Soyluya qarşı sanksiyalar tətbiq etmişdi. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : keşiş Tramp 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com