Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
17:00
Useyn Bolt özünün futbol karyerasında ilk qolunu vurdu-VİDEO

Yüngül atletika üzrə 8 qat Olimpiya çempionu olan  yamaykalı Useyn Bolt yoldaşlıq görüşündə Avstraliyanın «Sentral Kost Marines» futbol klubu üçün 2 qol vurub. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, «Mariners»lə "Makartur Saut Uest Yunayted" komandasının oynu Sidney yaxınlığında «Kembeltaun» stadionunda keçirilib və 4:0 hesabı ilə bitib.

Bolt 57 və 68-ci dəqiqələrdə fərqlənib. Bu , 32 yaşlı idmançının «Mariners» tərkibində ilk qoludur. 

«Mən ilk dəfə idi ki, başlanğıc heyətə daxil olmuşdum və 2 dəfə qol vura bildim. Şadam ki, bura gələ və daha yaxşı olduğumu dünyaya sübut edə bildim», deyə Hüseyn Bolt bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Useyn Bolt 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2018 04:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com