Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
12:07
Madurodan qalmaqallı açıqlama: Tramp məni öldürmək istəyir

Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ona qarşı təşkil ediləcək sui-qəsdin arxasında Ağ Ev rəhbəri Donald Tramp rəhbərliyi dayanır. FaktXəbər bildirir ki, bu barədə o, dövlət televiziyasında çıxışı zamanı danışıb.

Madura qeyd edib ki, ABŞ rəhbərliyi Kolumbiya hökumətinə onu öldürmək barədə göstəriş verib: "Buradan bütün dünyaya səslənirəm. Maduronu öldürmək əmri Ağ Ev tərəfindən Kolumbiya hökumətinə verilib. Saçımın tək bir telinə belə toxuna bilməyəcəksiniz".

Qeyd edək ki, 4 avqustda hərbi parad zamanı Nikolas Maduronun olduğu əraziyə bomba yüklü pilotsuz aparatla hücum təşkil edilsə də, Venesuela dövlət başçısı heç bir xəsarət almadan hücumdan qurtulmuşdu.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Venesuela 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 18:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com