Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
10:26
3998
Türkiyə: Səudiyyə rejimi oğurladığı Kaşıkçını öldürüb

Türkiyə rəhbərliyi Birləşmiş Ştatlara çatdırıb ki, əlində səudiyyə ərəbistanlı jurnalist Camal Kaşıkçının (Kaşukî) ölümünü təsdiq edən sübutlar var. FaktXəbər bildirir ki, bu barədə ABŞ və Türkiyə rəsmilərinə istinadən "The Washington Post" məlumat yayıb.

Ankaranın malik olduğu səs yazızı və görüntülərdən müəyyən etmək olur ki,  Camal Kaşıkçı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb.

"Siz ərəbcə danışan kişinin səsini eşidə bilərsiniz. Siz ona necə işgəncə verilməsi, əzab çəkməsi və öldürülməsinin şahidi ola bilərsiniz",-deyə qəzetdə yazılıb.

Xatırladaq ki, Səudiyyə rejiminə müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.

Qeyd edək ki, Camal Xaşuqi “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.

Məqalədə : Kaşıkçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
457

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
46

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
971

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2801

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2660

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1962

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1277

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1944

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2797

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
97
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2019 04:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru