Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
14:54
2494
Böyük Britaniya şirkətinin Gədəbəydə hasil etdiyi qızılın hasilatı açıqlanıb

Bu ilin 9 ayı ərzində Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin Gədəbəy ərazisində hasilatı 28% artaraq 61 761 unsiya qızıl ekvivalenti olub.

Bu barədə şirkətin hesabatında qeyd olunub.

İlin 9 ayında qızıl hasilatı 54 573 unsiya, mis hasilatı 1 057 ton, gümüş hasilatı isə 144 362 unsiya təşkil edib. Qızıl hasilatında 45%, gümüş hasilatında 15% artım, mis hasilatında isə 43,5% azalma qeydə alınıb.

III rübdə isə hasilatın həcmi rüblük 28%, illik isə 38% artaraq 24 412 unsiya qızıl ekvivalenti təşkil edib.

III rübdə qızıl hasilatı illik müqayisədə 47% artaraq 21 318 unsiya, mis hasilatı 14,5% azalaraq 470 ton, gümüş hasilatı isə 47% artaraq 59 346 unsiya təşkil edib.

Bu ilin III rübündə şirkət 18 637 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 216 dollar təşkil edib. II rübdə isə satışın həcmi 10 822 unsiya, qiyməti isə 1 307 dollar/unsiya olub.

Sentyabrın 30-u tarixinə şirkətin borcu 2,9 mln. dollardan 2,8 mln. dollara düşüb.

Qeyd edək ki, “Anglo Asian Mining” 2018-ci ildə Gədəbəy rayonu ərazisindəki yataqlardan 78-84 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırır. Bu ilin proqnozu ötən ilin hasilatından orta hesabla 13% artıqdır. Bu il 64-70 min unsiya qızıl, 2 100-2 300 ton mis hasilatı proqnozlaşdırılır.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur. (report.az)

Məqalədə : Gədəbəy 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2546

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2374

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1792

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1500

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
460

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
265

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1193
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 06:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru