Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
14:31
Makron: Fransa `erməni soyqırımı`nı heç vaxt unutmayacaq

Fransa prezidenti Emmanuel Makron İrəvana səfəri zamanı qondarma erməni soyqrımı abidəsinə baş çəkib. FaktXəbər bildirir ki, bu barədə "news.am" məlumat yayıb. 

Makron ermənilərin illərlə uydurduğu qondarma soyqırım barədə danışaraq, özündən əvvəlki Fransa prezidentləri kimi bir daha göstərib ki, onlar tarixi faktlara deyil, xristian təəssübkeşliy və saxtakarlığına önəm verir.

"Fransanın ziyalıları hələ 1915-ci ildə "erməni soyqırımı" ilə pərdəni götürdü. Və qaçan ailə və uşaqları qəbul etdi. Fransa heç vaxt bunu unutmayacaq və həqiqətin tanınması uğrunda mübarizə aparacaq",-deyə Fransa prezidenti qondarma soyqırımın xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, ermənilərin qondarma soyqırım iddiaları barədə əsl həqiqətlər tarixi sənədlərdə öz əksini tapıb. Türkiyə tərəfi dəfələrlə rəsmi İrəvana tarixi arxivlərin birgə açılması barədə müraciət etməsinə baxmayaraq, ermənilər on illiklərdir söylədikləri yalanların ifşa olunacağını bildikləri üçün bu çağırışa cavab vermirlər. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Makron 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 22:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com