- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasının ilk iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirə edilib.
Qanun layihəsi barədə məlumat verən Valeh Ələsgərov bildirib ki, Saziş Azərbaycan Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited şirkəti arasında bu il aprelin 26-da imzalanıb. O deyib ki, kontrakt sahəsi Xəzər dənizində kəşf edilməmiş və çox riskli bir ərazidir: “Həmin ərazidə heç bir vəsait xərcləmədən neft-qaz ehtiyatlarının aşkarlanması Azərbaycan dövləti və iqtisadiyyatı üçün faydalı olacaq. Sevindiciri haldır ki, nəhayət bu ərazidə kəşfiyyat işlərinə başlanılacaq və gələcəkdə həmin bölgədə işləri planlaşdırmaq üçün daha dolğun məlumat əldə edə biləcəyik”.
V.Ələsgərov qeyd edib ki, konkrakt sahəsi 3 min 197 kvadrat kilometr ərazini əhatə edir: “Həmin ərazidə neft və qazın kəşf edilməsi həm bizim, həm də bu layihədə iştirak edən tərəflər üçün faydalı olacaq. Kontrakt sahəsi yerləşən ərazdə dənizin dərinliyi 110 metrdən 750 metrə qədərdir. Sahildə yerləşən ən yaxın yaşayış sahəsinə 65 kilometr məsafə var. Bu sahədə kommersiya dəyəri olan neft və qaz aşkar edilib hasilat başlanana qədərki riskli dövrdə bütün maliyyə işlərini BP şirkəti həyata keçirəcək. Saziş ilkin kəşfiyyat, əsas kəşfiyyat və işləmə, hasilat dövürlərinə bölünüb. Layihənin işləmə, hasilat dövrü 25 il müddətdə davam edəcək. Toplam hasilat 5 milyon tona çatana qədər mənfəətli neftin 70 faizi podratçı tərəflərə ödənilir. Toplam hasilat 10 milyon tondan çox olduqda mənfəətli karbohidrogenlər tərəflər arasında yarıbayarı bölünəcək”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihəni Azərbaycan dövlət neft strategiyasında yeni istiqamət kimi qiymətləndirib. O qeyd edib ki, sazişə əsasən 25 il müddətindəki fəaliyyət dövlətin iqtisadi gücünün artmasında xidmət edəcək.
İclasda iştirak edən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin deputatları Eldar, Kazım, Şəmsəddin Hacıyev və Elman Nəsirov da qanun layihəsinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə edilib.
V.Ələsgərov yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə məlumat verib. O deyib ki, hesabat dövründə komitənin 10 iclası keçirilib, bu iclaslarda 18 məsələ müzakirə edilib, onlardan 13-ü qanun layihəsidir.
Onun sözlərinə görə, hesabat dövründə komitənin ünvanına daxil olan 79 ərizə, məktub və müxtəlif xarakterli sənədlərə müvafiq qaydada baxılıb.(Modern.az)
- 20-02-2019 15:49 "Gəncə hadisələri" haqda yazan sayt rəhbərinin məhkəməsində maraqlı faktlar açıqlanıb
- 20-02-2019 12:38 Metroda baş vermiş ölümün SƏBƏBİ məlum oldu
- 20-02-2019 11:30 "Yanar bulağ"ın yüksək təzyiqlə püskürmə səbəbi - VİDEO
- 20-02-2019 10:43 Axtarışda olan 29 nəfər saxlanılıb
- 19-02-2019 16:55 18 yaşına qədər olan gənclərə enerji içkiləri satılmayacaq - DƏYİŞİKLİK
- 19-02-2019 14:31 Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib
- 19-02-2019 12:34 Qarlı hava beş qəzaya səbəb oldu – VİDEO
- 19-02-2019 12:29 Azərbaycanın Dövlət Himninə dair yeni tələblər təsdiq edildi
- 19-02-2019 11:59 Canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradılıb
- 19-02-2019 11:20 DİN: Ötən gün ərzində 35 cinayətin üstü “isti izlər”lə açılıb
- 19-02-2019 10:58 Həmyerlimiz Volqoqradda 19 yaşlı gənci öldürdü
- 19-02-2019 10:10 Bakıda polis əməkdaşı barəsində cinayət işi başlanılıb
- 18-02-2019 12:15 Əfvlə bağlı Ramil Usubovla görüşdülər
- 18-02-2019 10:56 Bakıda 14 liftin hissələrini oğurlayan keçmiş məhkum saxlanılıb
- 18-02-2019 09:52 Ölkədə cinayət hadisələrinin 12 faizdən çoxu narkotiklə bağlı olub
- 18-02-2019 09:30 İki gündə yol qəzalarında 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb
- 17-02-2019 14:41 Ermənilər azərbaycanlılar və çeçenlər arasında "nifrət və nifaq toxumlarını əkməyə" çağırır
- 16-02-2019 14:56 Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar
- 16-02-2019 14:54 Narkoloji Mərkəzdə baş vermiş faciənin yeni təfərrüatları məlum olub
- 16-02-2019 13:36 Taleh Bağırzadə aclıq aksiyasını dayandırdı
- 16-02-2019 12:02 DYP reyd keçirib, sürücülərə xəbərdarlıq olunub
- 16-02-2019 11:34 Cinayət törədənlərin 86 faizi işsiz və savadsızlardır - RƏSMİ
- 15-02-2019 16:23 "BakuBus"un avtobusu ilə toqquşan avtomobilin sürücüsü öldü
- 15-02-2019 15:30 Bakıda daha bir sürücü "qoçuluq" edib yol kəsdi - VİDEO
- 15-02-2019 15:21 Azərbaycanın "İnterpol" xətti ilə axtarışa verdiyi şəxs Çexiyada saxlanılıb