Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
09:38
Cahangir Hacıyevin ikinci cinayət işinin istintaqı başa çatıb

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev və daha 25 nəfərin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Sabiq bank rəhbəri hazırda cinayət materealları ilə tanış olur. Digər 25 nəfər isə artıq cinayət materealları ilə tanış olub.

C.Hacıyevin tanışlıq mərhələsi başa yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Məlumata görə, C.Hacıyev bu dəfə də mənimsəmədə təqsirli bilinir və onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci ilin dekabr ayının 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq bankir apellyasiya şikayəti verib.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Cahangir Hacıyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 18:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com