Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2018
19:01
Eldar Əzizov Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin etdi

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib.

Bu barədə BŞİH-dən məlumat verilib.

Bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizovun əmri ilə bu vəzifəyə Xalid Ələkbərov təyinat alıb.

Xalid Ələkbərov daha əvvəl BŞİH-in Şəhər Təsərrüfatı Departamentinin sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb və son günlər müvəqqəti olaraq “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsini icra edirdi.

Qeyd edək ki, bir neçə gün əvvəl “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov işdən çıxarılıb.

Q.Şükürova qarşı CM-nin 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə  cinayət işi açılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Eldar Əzizov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 22:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com