Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2018
15:46
Qarabağın işğalında qəddarlığı ilə ad çıxaran Araik Xandoyan ölüb

Qarabağın işğalında iştirak edən Ermənistanın “Sasna Çrer” qrupunun ən fəal üzvlərindən biri sayılan Araik Xandoyan ölüb. FaktXeber.com-un erməni KİV-nə istinadla məlumatına görə, bu barədə “Sasna Çrer”in başqa bir üzvü Varujan Avetisyan özünün Facebook səhifəsində yazıb.

Qeyd edək ki, 47 yaşlı Araik Xandoyan Qarabağın işğalı zamanı mülki azərbaycanlılara qarşı qəddarlığına görə ad çıxarmışdı.

“Sasna tsrer” silahlı qrup iyulun 17-də polis keşikçi-patrul alayını ələ keçirib. Qrup müxalif “Müəssislər məclisi” hərəkatının lideri Jirayr Sefilyanın azad edilməsi və prezident Serj Sarkisyanın istefa verməsini tələb edib. Onlar iki həftə qaldıqdan sonra, iyulun 31-də hüquq-mühafizə orqanlarına təslim olublar.

Ona qarşı girov götürmə və silahların qeyri-qanuni yolla əldə olunması, daşınması, istifadəsi maddəsi ilə cinayət işi açılsa da, cari ilin avqust ayının 17-də məhkəmə onun həbs qərarının dəyişdirilməsi barədə qərar vermişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ müharibəsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 08:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com