Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2018
15:03
2315
Bakı Nəqliyyat Agentliyindən ETİRAF

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sərnişindaşıma xidmətinin aşağı səviyyədə olduğunu bildirib və bu sahədəki problemlərin tez bir zamanda aradan qaldırılması göstərişlərini verib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı suallara cavab verib.

O qeyd edib ki, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir:

“Son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Daha 300 müasir və komfortlu, eyni zamanda iritutumlu avtobusların alınması ilə bağlı iş aparılır. Məqsədimiz, sərnişinlərimizə təhlükəsiz, keyfiyyətli və şəhərimizin inkişaf edən simasına uyğun sərnişindaşıma xidmətinin təşkilinə nail olmaqdır. Lakin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab prezidentin də vurğuladığı kimi özəl sketorun bu sahədəki fəaliyyət özünü doğrultmadı. Baxmayaraq ki, dövlət tərəfindən bütün sahələrdə, o cümlədən sərnişindaşımada fəaliyyət göstərən sahibkarlar üçün sağlam mühit formalaşdırılıb”.

M.Ağayev deyib ki, bu gün daşıyıcıların böyük əksəriyyətinin istehsalat və maddi-texniki bazaları, avtobus parkı qoyulan tələblərə cavab vermir:

“Daşıyıcılara məxsus avtobusların 50 faizinin yenilənməsi zərurəti yaranıb. Marşrut xətləri üzrə fəaliyyət göstərən sürücülərin peşəkarlıq səviyyəsi olduqca aşağıdır. Sükan arxasında fiziki və psixoloji durumunda problemləri olan, eyni zamanda müvafiq sənədləri olmayan şəxslər əyləşir. Bütün bunlar isə sərnişindaşıma ilə məşğul olan daşıyıcıların işə məsuliyyətsiz yanaşmasının doğurduğu məntiqi nəticədir. Sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması üçün Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində zəruri olan bütün tədbirləri həyata keçirməkdədir. Bu işlər bundan sonra daha da sürətləndiriləcək.

Cənab prezidentin aprelin 2-də və iyulun 6-da imzaladığı müvafiq fərmanlar bu istiqamətdə başladığımız işlərin daha səmərəli təşkil edilməsi baxımından olduqca əhəmiyyətlidir. Yeni alınacaq nəqliyyat vasitələrinin alınması marşrut xətlərinin bölgüsündə dövlət qurumunun payı əhəmiyyətli dərəcədə artırılacaq və bunun nəticəsində də işinə məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Dövlət başçımızın vurğuladığı kimi əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər”.(Modern)

Məqalədə : BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
82

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1773

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
535

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1632

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1761

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2006

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1302

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
813
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 01:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru