Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2018
12:50
Britaniya polisi krallıqda artan terror təhlükəsi barədə xəbərdarlıq edib

Britaniya polisi ölkədən xaricə çıxışı qadağan olan İŞİD tərəfdarlarının terror təhlükəsi barədə xəbərdarlıq edib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə "The Independent" Skotland Yardın  anti-terror bölməsinin rəhbəri Nil Basuya istinadla xəbər verib.

Krallığın təhlükəsizlik qüvvələri əvvəllər hesab edirdilər ki, əsas təhlükəni xaricdən gələn terrorçulardan gözləmək lazımdır. Lakin indii məlum olub ki, əksinə, ölkədən xaricə, xüsusən Suriyaya getmə qadağası alan terrorçuların tərəfdarları bu mənada daha təhlükəlidir.

"Onların bir çoxu özlərini "məhrumedilmişlər"dən (qanuni hüquqdan məhrum edilənlər) sayırlar", - deyə anti-terror bölməsinin rəhbəri bəyan edib.

Qeyd edək ki, London körpüsündə terror törədənlərdən 2-si, həmçinin terror törətməzdən əvvəl saxlanılan bir neçə nəfər İŞİD-ə qoşulmaq üçün xaricə getmək istəyərkən polis onların bu cəhdlərinin qarşısını alıb.

Məlumata görə, 2017-ci ilin mart ayından bəri Britaniyada 36 nəfərin ölümü ilə nəticələnən 5 terror aktı həyata keçirilib. Bu müddət ərzində polis 13 terrorun qarşısını ala bilib. Bunun yanında terrorda şühəli bilinənlərin 71 faizi Britaniya vətəndaşlarıdır. Onların 1/3-dən çoxunun yaşı 25-i ötmür, ümumi saydan 11%-i isə qadındır.

Terrorla bağlı məhkəmələrə 100 nəfər çıxarılıb, onların 90-na ittiham hökmü irəli sürülüb.

Birləşmiş Krallıqda terror təhlükəsinin səviyyəsi  hazırda xüsusi xidmət orqanları tərəfindən "ciddi" kimi qiymətləndirilir. Bu mümkün 5 səviyyənin 4-cüsüdür (bundan yuxarı səviyyə "kritik" adlanır).

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Britaniya terror 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 17:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com