Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2018
15:45
Məktəbdə gözyaşardıcı qazdan zəhərlənən şagirdlər xəstəxanadan evə buraxılıb

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə bibər qazından zəhərlənən şagirdlər xəstəxanadan evə buraxılıb.

Bu barədə məktəbdən məlumat verilib.

Bildirilib ki, məktəbdə şagirdlərin valideynləri ilə görüş keçirilib. Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət edilsin.

Təhsil ocağından qeyd olunub ki, hazırda məktəbdə hər şey qaydasındadır. 

***

13:21

Bakıda 76 saylı orta məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə açıqlamasında şöbənin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, şöbəyə gətirilən şagirdlər qazdan zəhərləniblər: "Hazırda xəstələrin vəziyyəti o qədər də ağır deyil. Müalicələr davam etdirilir".

***

12:31

Bakıda şagirdlər gözyaşardıcı qazdan zəhərlənib. Hadisə Suraxanı rayonu, Hövsan qəsəsi, H.Xanməmmədov küçəsi, 3 ünvanında 76 saylı tam orta məktəbdə baş verib.

Məktəbdən verilən məlumata görə, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə bir neçə şagird qazdan zəhərlənib.

Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bibər qazı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 17:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com