Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2018
11:26
Builki Azərbaycan Beynəlxalq Təhsil sərgisində 12 ölkə iştirak edəcək

Oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək.

“Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil ediləcək sərgi dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirərək 90-dan çox müxtəlif fakültələri təqdim edəcək.

Bununla bağlı keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, sərgidə nazirlik geniş pavilyonda təmsil olunacaq: "Azərbaycanın 18 ali təhsil müəssisəsinin qatıldığı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim ediləcək".

Qeyd olunub ki, sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatları və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

Bundan başqa, təhsil sərgisi ilə paralel 12-ci Beynəlxalq Karyera sərgisi də təşkil olunacaq. Sərginin əsas məqsədi işəgötürən və iş axtaran arasında görüşün təşkilidir.

Qeyd edək ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir, təşkilatçı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Təhsil sərgisi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 17:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com