Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2018
10:31
3347
`Azərxalça`da 5 mindən çox yeni iş yeri açılacaq`

"2019-cu ilin sonunadək “Azərxalça”nın istehsal, tədarük və emal müəssisələrinin yaradılması ilə 5 mindən çox vətəndaş iş yeri ilə təmin ediləcək".

Bunu "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

V.Muradovun sözlərinə görə, cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də xalçaçılığın yerli potensiala əsaslanan xammal bazasının yaradılmasıdır: "Bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici-Boyaq Fabrikinin tikintisinə başlanılıb. Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək fabrik son illərin böyük miqyaslı iqtisadi layihələrindən biridir. Bu müəssisədə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça”nın filiallarının, özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaq. Yunəyirici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri də yaradılır".

O bildirib ki, 2019-cu ildə də bu istiqamətdə görülən işlər davam etdiriləcək, Şəki şəhərində, Masallı və Hacıqabul rayonlarındakı sənaye məhəllələrində daha üç regional tədarük məntəqəsi yaradılacaq: "Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrdə il ərzində 1500 ton yun və boyaq bitkiləri xammalı toplanılacaq.

Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitdən Yunəyirici-Boyaq Fabrikinin tikintisi və avadanlıqlarla təchizatı üçün 27 milyon 420 min manat, regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması məqsədilə 6 milyon 500 min manat ayrılıb.

ASC-nin istehsalı olan xalçaların satışa çıxarılması prosesinin intensivləşdirilməsi məqsədilə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında Hazır Xalçaların Emal Mərkəzi də inşa ediləcək".

V.Muradov deyib ki, "Azərxalça" rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edir: "Kurslara cəlb olunanların əksəriyyəti gənclərdir. Tədrisi uğurla başa vuran toxuculara sertifikat verilir və onlar filiallarda daimi işlə təmin olunurlar. Eyni zamanda, xalçaçı-rəssamlar, yun və boyaq bitkilərinin tədarükü və emalı, hazır xalçaların emalı, xalça ticarəti və xalçaçılığın inkişafı üçün vacib olan digər istiqamətlər üzrə mütəxəssislər də hazırlanır.

Bu il sentyabr ayının 18-də Masallı Sənaye Məhəlləsinin açılışı zamanı verdiyiniz tapşırığa uyğun olaraq təşkil edilmiş tədris mərkəzinə tərəfinizdən baxış keçirilib, dəyərli tövsiyələr verilib".

Məqalədə : Azərxalça 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Piramida plaza"da yanğın - VİDEO

26

İyun
18:19
HÜQUQ,HADİSƏ
16

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2044

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2158

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1827

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
579

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
141

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1947

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
112

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
132
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 18:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru