Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2018
10:12
Səudiyyəli jurnalisti 15 nəfər kəşfiyyatçı qaçırıb - SİYAHI

"Washington Post" yazarı, səudiyyə ərəbistanlı Camal Kaşıkçını (Kaşukî) oğurlamaq üçün Türkiyəyə gələn Səudiyyə Ərəbistanından olan kəşfiyyat qrupunun "Atatürk" hava limanındakı görüntüləri üzə çıxıb. FaktXəbər bildirir ki, bu barədə Türkiyə mediası yazıb.

2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxan Camal Kaşıkçınının qaçırılmasında iştirak edənlərin adları da açıqlanıb.

Xatırladaq ki, Səudiyyə rejiminə müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.

Qeyd edək ki, Camal Xaşuqi “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.

"HZ SK1" və "SK2" reysləri ilə "Gulfstream IV" tipli xüsusi reaktivlə Ər-Riyaddan Türkiyənin "Atatürk" hava limanına eniş edən şəxslər bunlardır:

1. Məşal Səəd M Albostani (1987-ci il təvəllüdlü) - Wyndham Grand Hoteldə qalıb.

2. Salah Məhəmməd A Tubaigy (1971-ci il təvəllüdlü) - Mövenpick Hoteldə qalıb.

3. Naif Həsən S. Alarifi (1986-ci il təvəllüdlü) - Wyndham Grand Hoteldə qalıb.

4. Məhəmməd Səəd H. Əlzəhrani (1988-ci il təvəllüdlü) - Wyndham Grand Hoteldə qalıb.

5. Mənsur Othman M. Abahüseyn (1972-ci il təvəllüdlü) - Wyndham Grand Hoteldə qalıb. 

6.X alid Aedh G. Altaibi (1988-ci il təvəllüdlü) - Wyndham Grand Hoteldə qalıb.

7. Əbduləziz Məhəmməd M. Alhəvsəvi (1987-ci il təvəllüdlü) -  Wyndham Grand Hoteldə qalıb.

8. Vəlid Abdulla M. Əlsehri (1980-ci il təvəllüdlü) - Mövenpick Hoteldə qalıb. Yenə xüsusi reaktivlə qayıtmaq üçün saat 17:44te çıxış edib.

9. Türki Müşərrəf M. Əlsehri (1982-ci il təvəllüdlü) - Mövenpick Hoteldə qalıb. Yenə xüsusi reaktivlə qayıtmaq üçün saat 17:44te çıxış edib.

10. Thaar Qalib T. Əlhərbi (1979-ci il təvəllüdlü) Mövenpick Hoteldə qalıb. Saat 17:44te xüsusi reaktivlə qayıtdı.

11 - Maiər Əbdulaziz M. Mutrəb (1971-ci il təvəllüdlü) - Mövenpick Hoteldə qalıb

12. Fəhəd Şəbib A. Əlbalavi (1985-ci il təvəllüdlü) - Mövenpick Hoteldə qaldı. Yenə xüsusi reaktivlə qayıtmaq üçün saat 17:46da çıxış edib.

13- Bədr Ləfi M. Əlotaibi (1973-ci il təvəllüdlü): Atatürk Hava Limanına Sky Prima Aviation adlı şirkətə məxsus xüsusi reaktivlə gəldi, saat 03:41de pasportdan giriş etdi. Mövenpick Hoteldə qaldı. Yenə xüsusi reaktivlə qayıtmaq üçün saat 17:44te çıxış edib.

14- Mustafa Məhəmməd M. Əlmədəni (1961-ci il təvəllüdlü) - Mövenpick Hoteldə qaıbı. Tarifli təyyarə ilə getmək üçün saat 00:18de çıxış edib.

15- Saif Səəd Q Əlqahtani (1973-ci il təvəllüdlü) - Mövenpick Hoteldə qalıb.

 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kaşıkçı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 23:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com