Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
23:13
1981
Azərbaycan çempionunu bıçaqlayan şəxsə cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Novruz Orduxanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, N. Orduxanlının cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

İttiham aktına görə, hadisə bu il mart ayının 21-də gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Səbuhi İsmayılov “Mehdiabad dairəsi” kimi tanınan ərazidə Novruz Orduxanlı ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Bu zaman Novruz S. İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Qeyd edək ki, S. İsmayılov “Fateh” klubunun üzvüdür. O, Taekvondo üzrə XXlll Respublika çempionatında 63 kiloqram çəki dərəcəsində birinci yeri tutub. 

Məqalədə : Taekvondo 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah yağış yağacaq

20

May
13:41
ÖLKƏ
87

AFFA üç oyunçunu 1 illik diksvalifikasiya edib

20

May
13:37
BÖLMƏNİ DÜZ SEÇ!
56

Gənclər üçün yeni iş imkanı

20

May
13:18
ÖLKƏ
79

Azərbaycanda 22 nəfərə buynuz qişa köçürülüb

20

May
12:57
AİLƏ, SAĞLAMLIQ
65
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 16:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru