Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
16:01
AİP Qadınlar Şurası Qərb bölgəsində xanımlarla görüş keçirib

AİP Qadınlar Şurası və Əsgər Analarına Dəstək İB-nin sədri Növrəstə İbrahimova Gəncə və Şəmkir şəhərinin xanımları ilə görüş keçirib. 

Növrəstə İbrahimova tədbirdə məhərrəm ayı ilə bağlı mövzuda geniş söhbət açaraq, 14 əsr öncə Kərbəla meydanında başlayan "Hər yer Kərbəla və hər gün Aşura" həqiqətinin dünyanın sonuna qədər davam edəcəyini bildirib. 

"Bü gün İraqda, Suriyada, Əfqanıstanda, Pakistanda, Myanmarda, Bəhreyndə, Afrikada, Yəməndə və sair ölkələrdə hər gün Rüqəyyalar timsalında minlərlə balaca uşaq susuzluqdan, aclıqdan həyatlarını itirir, Əli Əkbərlər terrorçuların hədəfi olur, Zeynəblər İŞİD, "Əl-Qaidə", "Ən-Nusra" kimi terror təşkilatlarının əsarətində zülm çəkirlər. İşğalçı erməni gülləsinə tuş gələn balaca Zəhranı da unutmayaq. Bu elə Kərbəlanın Əli-Əsğəri deyilmi? "Demokratik" Qərb isə hələ də bu ədalətsizliyə susur, bu hadisələrdən öz məqsədləri üçün istifadə edir".

AİP Qadınlar Şurası sədrinin sözlərinə görə, tarix boyu danışmaqla bitməyən bu qəhrəmanlıq və şücaət məktəbinin hər zəmanədə Hüseyn və Zeynəbləri zülmlə mübarizə aparıblar: 

"Fələstinə diqqət etsək zalım sionistlərə qarşı xalqın əliyalın olmalarına baxmayaraq, necə şücaətlə mübarizə apardıqlarının şahidi olaraq. O cümlədən Yəməndə, İraqda və sair ölkələrdə də belədir."

Növrəstə xanım çıxışı zamanı qarşıdan İmam Hüseynin (ə) Ərbəin ziyarətinin gəldiyini də xatırlatdı: "Bu ziyarətdə insanlar böyük bir eşq ilə yürüşə qoşularaq kilometrlərlə yolu piyada gedirlər. Bununla onlar həm İmama beyəti yeniləyir, həm də zalımlara nifrətlə yox deyirlər".

"Bu yürüş təkcə müsəlmanlara aid deyil, dünyada olan haqsızlıqlara qarşı bütün qiyam edənlərə aiddir!", - deyə Növrəstə xanım bildirib.

Tədbir ehsan süfrəsi və Gəncə İmamzadəsinin ziyarəti ilə yekunlaşıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Növrəstə İbrahimova 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 22:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com