Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
14:52
`Nar` gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaratdı

“Nar” Baku City Circuit (BCC) Akademiyası və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") birgə təşkil etdiyi karyera sərgisində iştirak edib.

Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, "Geniş imkanlara kiçik addımlarla” devizi altında keçirilən sərgidə mobil operator məhsulların inkişafı, kommersiya hasabatları, qrafik dizayneri, regional satış və digər vakant vəzifələrə sənəd qəbulu təşkil edib. 40-a yaxın şirkətin də iştirak etdiyi sərgidə “Nar” stendinə maraq böyük olub. Stend ziyarətçiləri “Nar”-ın yay təcrübə proqramlarında iştirak barədə məlumat əldə etdilər. Oktyabrın 5-də keçirilmiş sərgini 900-dən çox insan ziyarət edib.

Xatırladaq ki, daha öncə ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında “Nar” operatoru “Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülüb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Nar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 22:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com