Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
13:50
Şagirdləri çökdürən əlavə dərsliklər
Anar İsayev: “Özləri onları alır, sonra deyirlər ki, biz məcbur edirik”

“Təhsil Nazirliyi bütün məktəblərdə summativlər  keçirir. Amma bir neçə fənn istisna olmaqla,  summativ vəsaitləri yox dərəcəsindədir. Buna görə də, şagird onları almalı olur. Sonra da deyirlər ki, biz məcbur edirik...”

Bu sözləri Təhsil Nazirliyinin tədris vəsaitlərinin müəllifi Anar İsayev deyib. O, şagirdlərin dərsliklərdən əlavə almalı olduğu çoxsaylı əlavə vəsaitlər haqqında danışarkən bildirib ki, əsas dərsliklərdir və heç bir köməkçi vəsait onların yerini verə bilməz:

“Köməkçi vəsaitlər şagirdlərin inkişafı, dərsi nə dərəcədə mənimsədiklərinin yoxlanılması və qiymətləndirilməsi üçün əhəmiyyətli olsa da, heç kim şagirdləri onları almağa məcbur etmir. Bu, sadəcə, tövsiyə olunur. İmkanı olanlar alar, olmayanlar isə özləri bilərlər... Təhsil Nazirliyinin ədəbiyyat siyahısında da tədris vəsaitləri göstərilib. Qısası,  bu, tamamilə könüllülük prinsipi ilədir”.

“Həm test, həm də mövzunun eyni dərslikdə olması düzgün deyil”

Onun sözlərinə görə, bu vəsaitləri işləməyən şagird isə özünü qiymətləndirə, potensialını öyrənə bilmir. O, hansı səviyyədə olduğu haqda məlumatsız qalır:

“Sonda  bütün şagirdlər qiymətləndirmədən  keçir. Belə olduqda, bu vəsaitləri almağa məcbur qalırlar. Çünki onlara ehtiyac var. Bizim 12 summativ tədris vəsaitimiz çıxıb. Müəllim öz dərsliyini kənara qoyub, onlara müraciət edir. Çünki dərsliklər tam tələbatı ödəmir. Hazırda Təhsil Nazirliyinin şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair heç bir vəsaiti yoxdur.  Yalnız ibtidai sinif istisna olmaqla...

Ümumiyyətlə, həm test, həm də mövzunun eyni dərslikdə olması düzgün deyil. Çünki dərsliyə verilən tələb və prinsiplər var.”

“Kurikuluma keçsək də, maddi texniki bazamız zəifdir”

O, şagirdlərin bu vəsaitləri almaq məcburiyyətində qalmalarının əsas səbəblərini izah edib:

“Təhsil Nazirliyi bütün məktəblərdə summativlər keçirir. Amma bir neçə fənn istisna olmaqla, summativ  vəsaitləri yox  dərəcəsindədir. Məsələn, Tarixdən biz nəşr etmişik. Coğrafiyadan bir sıra müəllimlər vəsait hazırladılar.

Belə olduqda, müəllim summativləri özü hazırlamaq, çıxarmaq məcburiyyətində qalır. Dövlət bunun üçün heç bir maddi vəsait ayırmır. Müəllim də məcbur olub onu ya öz cibindən qoyur, ya da şagirdlərdən pul yığır. Və ya sinfə belə tədris vəsaitlərini aldırır. Məsələ ondadır ki, biz kurikuluma keçsək də, maddi texniki bazamız zəifdir. Qonşu ölkələr artıq planşet, kompüterə keçiblər. Amma biz neçə ildir buna keçməmişik. Yalnız layihə olaraq qalıb”.

Dərsliklərin müəllimlərin təkliflərinə əsasən təkmilləşdiyini deyən Anar müəllim sonda testlərlə bağlı fikirlərini bildirib:

“İstərdim ki,  bütün siniflər üzrə summativ qiymətləndirmə vəsaitləri olsun. İndi bir neçə kurs “yarpaq testləri” çıxarıb. Onlar bu testləri uşaqların nailiyyətini qiymətləndirmək üçün tətbiq edirlər. Amma orta məktəblərdə  bu vəsaitlər olmadığına  görə, şagird onları almalı olur. Sonra da deyirlər ki, biz məcbur edirik...”/ AzEdu

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : dərslik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 18:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com