Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
13:49
Gömrükdən gizlədilən valyutanın aqibəti necə olur?

Oktyabrın 8-də gömrük əməkdaşları tərəfindən Gürcüstan vətəndaşının bəyannamədə göstərdiyi 1000 ABŞ dollarından əlavə, gömrük nəzarətindən 16085 ABŞ dolları gizlətdiyi aşkarlanıb. Qeyd edək ki, bu, ilk və son hal deyil.

Maraqlıdır, vətəndaşın bəyənnamədə göstərmədiyi və gömrük orqanalrı tərəfindən aşkarlanan valyutaların aqibəti necə olur?

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin rəhbəri Natiq Axundov  bildirib ki, bu kimi hal qeydə alındıqda faktla əlaqədar inzibati xəta haqqında iş üzrə icraat başlanılır:

“Gömrük orqanları tərəfindən valyuta və ya valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisindən qeyri-qanuni yollarla çıxarılması halları aşkar olunduqda hüquqpozma predmeti olan valyuta və ya valyuta sərvətlərinin dəyəri 4  min manatadək olduğu təqdirdə faktla əlaqədar inzibati xəta haqqında iş üzrə icraat başlanılır.

Qeyd olunan icraatın nəticəsi olaraq baxılması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin sanksiyasına əsasən, hüquqazidd əməli törətmiş şəxslər barəsində inzibati cərimə və ya valyuta və ya valyuta sərvətlərinin məhkəmə orqanları tərəfindən müsadirə olunması barədə inzibati tənbeh vermə haqqında qərar qəbul olunur. Yuxarıda qeyd olunan hüquqpozma predmeti olan valyuta və ya valyuta sərvətlərinin dəyəri 4 min manatdan yuxarı olduğu təqdirdə isə həmin əməli törətmiş şəxslər barəsində cinayət təqibi üzrə icraat başlanılaraq istintaq aparılır”.

DGK rəsmisinin sözlərinə görə, istintaqın yekununda cinayət işi tərtib olunmuş ittiham aktı ilə birlikdə baxılması üçün Baş Prokurorluğa göndərilir:

“İttiham aktı təsdiq olunduqdan sonra cinayət işi məhkəmə orqanlarına göndərilərək təqsirləndirilən şəxsə cəza təyin edilməsi, habelə cinayətin predmeti olan valyuta və valyuta sərvətlərinin aqibətinin məhkəmənin yekun qərarı (hökm və ya digər qərar) əsasında həll olunur. Belə olan halda, cinayətin predmeti olan valyuta və ya valyuta sərvətləri Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən,  xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiq dairəsinə aid olarsa, valyuta və ya valyuta sərvətləri məhkəmənin hökmü ilə müsadirə olunur”. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : gömrük 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com