Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
13:09
Salyan dəmir yolu qovşağında təlim keçirilib-FOTO

Salyan dəmir yolu qovşağının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

FaktXeber.com-un qurumun Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, təlim Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”na və “Azərbaycan Dəmir Yolları” QSC-nin 2018-ci il üçün mülki müdafiə tədbirlər planına müvafiq olaraq təşkil edilib.

Məqsəd fövqəladə hal baş verdikdə xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması üçün şəxsi heyətə praktik vərdişlərin aşılanmasıdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : dəmir yolu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 00:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com