Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
12:45
Azərbaycanda valyutadəyişmə məntəqələri açılır

Yaxın günlərdə Azərbaycanda, xüsusilə paytaxt Bakıda valyutadəyişmə məntəqələrinin yenidən açılmasına başlanılacaq. FaktXeber.com-un verdiyi məlumata görə, bu haqda Oxu.Az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili bu məsələnin bir neçə müddətdir problemə çevrildiyini, onunla bağlı dəfələrlə iradlar bildirildiyini və artıq iradların nəzərə alınaraq, problemin yoluna qoyulması istiqamətində hazırlıqlara başlanıldığını deyib.

“Mən elə bir az öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru ilə bu məsələ barədə danışmışam. Mənə bildirildi ki, artıq məsələ yoluna qoyulmaq üzrədir. Çox yaxın günlərdə valyutadəyişmə məntəqələrinin açılmasına başlanılacaq. 

Dəqiq say barədə bir söz deyə bilməsəm də, hesab edirəm ki, onlar daha çox insanların gur olduğu məkanlarda, iri ticarət mərkəzlərində, dəmiryolu vazğalında, avtovağzalda, hava limanında, nəqliyyatın, gediş-gəlişin gur olduğu yerlərdə açılmalıdır və açılacaq.

Artıq insanların bu məsələdəki əziyyətinə, narahatlığına son qoyulacaq”, - deyə millət vəkili əlavə edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com