Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
12:36
Xaricdə təhsil alanların ən böyük problemi
Diplomları təsdiqlətmə zamanı nələri düz etmirik?

Nostrifikasiya nədir?

Nostrifikasiya xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi, ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsidir.

Diplomunuzun tanınması üçün mütləq şəkildə sənədlərinizi elektron ərizə vasitəsilə göndərilməlisiniz.

Bunun üçün ani.edu.gov.az saytından qeydiyyatdan keçirsiniz. Sənədlərin elektron ərizədən kənar vasitələrlə göndərilməsi sizin müraciətinizə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər.

Nostrifikasiya ilə bağlı ərizələrə baxılma proseduru müxtəlif mərhələlərdən ibarətdir. Mərhələlər barədə məlumatları ərizənizi təsdiq etdikdən sonra istifadə edə biləcəyiniz Şəxsi kabinetdən izləyə bilərsiniz.

Qeydiyyat zamanı təqdim etdiyiniz elektron poçt və mobil nömrə aktiv istifadə etdiyiniz hesablar olmalıdır.

Tələb olunan sənədlər (bakalavriat üzrə)

  • Elektron ərizə (yalnız ani.edu.gov.azinternet səhifəsi vasitəsilə);
  • Ali təhsil haqqında sənəd (diplom) (əsli və notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi)
  • Tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə (transkript) (əsli və notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi) 
  • Şəxsiyyət vəsiqəsinin elektron surəti  (xarici ölkə vətəndaşları daimi/müvəqqəti yaşama icazəsi)
  • Ümumvətəndaş (xarici) pasportunun  şəkil olan və sərhədkeçməni (giriş/çıxış) bildirən bütün möhürlü səhifələri ilə birlikdə elektron surəti;
  • Hərbi biletin və ya hərbi xidmətinin qeydiyyatı haqqında arayışın elektron surəti;
  • Sənədlərin icraatına dair 2 növ ödənişin qəbzi.

Burada nəzərdə tutulan ödəniş qəbzi xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə edilən hər bir müraciət üçün 15 manat dövlət rüsumu müəyyən edilib.

Ödəniş etmək üçün (bu keçiddən) 15 manatlıq ödəniş üçün nəzərdə tutulmuş rekviziti çap edib və həmin rekvizitlə birlikdə hər hansı banka yaxınlaşaraq ödəniş etməlisiz. 

Ödəniş etdikdən sonra ödənişin uğurla tamamlanmasına dair sizə verilmiş qəbzin surətini nostrifikasiya üçün müvafiq qaydada sənədlərinizi təqdim edərkən digər sənədlərlə birlikdə müraciət ərizənizə əlavə edin.

Digər ödəniş qəbzi isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə edilmiş hər bir müraciət üçün ekspert xidmət haqqı olaraq 50 manat nəzərdə tutulub.

Ödəniş etmək üçün (bu keçiddən) 50 manatlıq ödəniş üçün nəzərdə tutulmuş rekviziti çap etmək və həmin rekvizitlə birlikdə hər hansı banka yaxınlaşaraq ödəniş etmək lazımdır.

Ödəniş etdikdən sonra ödənişin uğurla tamamlanmasına dair sizə verilmiş qəbzin surətini nostrifikasiya üçün müvafiq qaydada sənədlərinizi təqdim edərkən digər sənədlərlə birlikdə müraciət ərizənizə əlavə edin.

Qeyd edək ki, nostrifikasiya üçün təqdim olunan, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş təhsil sənədləri (diplom və ona əlavə (transkript)  “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiya"sına uyğun olaraq sənədi verən ölkənin səlahiyyətli qurumu tərəfindən “apostil” möhürü-sertifikatı ilə leqallaşdırılmalıdır.

Bu zaman müxtəlif ölkələrdə leqallaşdırmaya qoyulan fərqli tələbləri nəzərə alaraq, apostil möhürü-sertifikatı əldə etmək üçün təhsil sənədini təqdim edən ali təhsil müəssisəsinə müraciət olunmalıdır.

Müvafiq olaraq leqallaşdırılmış sənədlərin əslinin elektron surəti apostil möhürü/sertifikatı ilə birlikdə bir pdf formatında fayl şəklində elektron ərizəyə yüklənilməlidir.

“Haaqa Kovensiyası”na qoşulmayan xarici ölkələr

Həmin ölkələrdən alınan ali təhsil haqqında sənəd və ona əlavə sənədi verən ölkənin səlahiyyətli qurumunda müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyində (və ya konsulluğunda) leqallaşdırılmalıdır.

Qeyd: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr çərçivəsində məzun olmuş müraciətçilər üçün sədaləşdirilmiş nostrifikasiya proseduru nəzərdə tutulduğundan, həmin təhsil sənədlərinin leqallaşdırılması tələb olunmur.

Magistratura üçün tələb olunan sənədlər 

Magistr pilləsi üzrə də tələb olunan sənədlər eynidir. Yalnız Bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom nostrifikasiya olunmalıdır.

Köçürülmə olduğu halda  isə tədris müddətində müəssisələrarası və müəssisədaxili köçürülməyə dair rəsmi arayışın elektron surəti təqdim olunmalıdır. 

Nostrifikasiyanın növbəti mərhələsi- Müsahibə

Bu mərhələdə müraciətçilərin Akkreditasiya və Nostrifikasiya İdarəsində müvafiq ekspertlərin iştirakı ilə keçirilən müsahibədə iştirak edirlər (tədris dilində ünsiyyət) .

Müsahibənin keçiriləcəyi vaxt barədə məlumat sizə elektron ərizə vasitəsi ilə bildirilir. Müsahibələr yalnız Akkreditasiya və Nostrifikasiya İdarəsində keçirilir. İdarə Bakı Texniki Kollecində yerləşir. Müsahibəyə dəvət olunan namizədlər müsahibədə iştirak etmək üçün öz şəxsiyyət vəsiqələrini (hərbi qulluqda olanlar hərbi biletlərini) təqdim etməlidirlər.

Müsahibə zamanı audio-video çəkiliş aparılır və təxminən 15  dəqiqə davam edir./AzEdu

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : xaricdə təhsil 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 18:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com