Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
10:45
3281
Bakı metrosunda qadın maşinist də işləyəcək

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyətinin hərəkət qatarlarının maşinisti peşəsi üzrə iyul ayının 16-da elan etdiyi namizədlərin seçim prosesi başa çatıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, tədris prosesinin ilk mərhələsi 17 iddiaçı ilə başlanıb:

“Seçim mərhələlərinə qatılmaq üçün metropolitenini rəsmi intrenet saytına 500-dən artıq müraciət daxil olub. Onlardan 339-u əvvəlcədən elan edilmiş əsas tələblərin şərtlərinə uyğun gəlməyib. İlk seçim mərhələsinə 170 nəfər dəvət edilib. Onlardan 127 nəfəri müsahibə mərhələsində iştirak edib. Qeyd edək ki, seçimin ilk mərhələsində iddiaçıların ümumi və texniki biliklərinin səviyyəsi, dünya görüşü, həmçinin maşinist peşəsi ilə bağlı məlumatlılığı, ümumi psixoloji durumu yoxlanılıb. Mərhələnin yekunlarını araşdıran mütəxəssislərdən ibarət komissiya 31 nəfəri əsas seçim meyarlarına uyğun sayıb. Seçimin ikinci mərhələsində 31 nəfərdən 28-i iştirak edib. 3 nəfər şəxsi istəyinə uyğun olaraq ikinci tura qatılmayıb.

Peşəkar mütəxəssislər tərəfindən aparılan psixoloji test mərhələsində 22 nəfərin əsas seçim standartlarına tam cavab verdiyi müəyyən olunub”.

Qurum rəsmisinin sözlərinə görə, seçimin üçüncü mərhələsi olan tibbi yoxlamalarda iştirak etməkdən 3 nəfər imtina edib:

“19 nəfər isə peşə seçiminin bütün mərhələlərini uğurla keçsə də, sonradan bütün mərhələləri uğurla keçmiş daha iki nəfər öz istəyi ilə təlim-tədris prosesinə qatılmayıb. Bütün mərhələlərin ümumi yekununa əsasən, maşinist peşəsi üzrə təlim prosesində 17 iddiaçı iştirak edəcək. Onlardan 1-i qadındır.

Onu da xüsusi qeyd etmək lazımdır ki, "Bakı Metropoliteni" QSC gender bərabərliyi prinsipini əsas götürərək paytaxt metropoliteni tarixində ilk dəfə qadınların bu peşəyə yiyələnməsinə imkan yaradıb.

Müraciət edən qadınların sayı 10-dan artıq olsa da, müsahibə mərhələsində onlardan yalnız 3-ü iştirak etmək istəyib. Bütün mərhələləri yalnız bir qadın uğurla keçərək, təlim-tədris prosesinə qatılıb”.

O deyib ki, ümumiyyətlə, "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra kadrların hazırlanması və ixtisasının artırılması, peşə hazırlığının yüksəldilməsi sahəsində mühüm tarixi yeniliklər həyata keçirilib:

“Maşinist peşəsi üzrə elan edilmiş bu seçim prosesi metropoliten tarixində kadr hazırlığına gətirilmiş daha bir yeni münasibət, fərqli yanaşma tərzi, novator yenilik nümunəsidir. Səhmdar cəmiyyətin rəhbərliyi müasir texnologiyaların, ələlxüsus informasiya-kommunkasiya texnologiyalarının vaqon istehsalı sahəsinə gətirdiyi yeni düşüncə tərzinə uyğun olaraq, bu addımı ilə qabaqcıl dünya təcrübəsini metropolitenin daha bir sahəsində tətbiq etməyə başlayır. Məhz bu səbəbdən maşinist peşəsinə yiyələnmək yeni dövrün tələblərinə uyğunlaşdırılır. Bu novator ideya, ilk növbədə, maşinist peşəsinə yiyələnmək istəyənlərin qarşısındakı sədləri, tarixən formalaşmış və günün nəbzini tutmayan süni maneələri aradan qaldırmaqla yanaşı, daha geniş ixtisaslı kadr ordusuna meydan açır. Buna qədər qatar maşinisti olmaq üçün müvafiq peşə təhsili almaq, daha sonra metropolitendə işə düzələrək lokomotiv təsərrüfatı sahəsində, ən azı, bir il çilingər işləmək, daha sonra müvafiq kurslarda bilikləri artırmaq, imtahan vermək tələb olunurdusa, indi bu qaydalara tamamilə yeni baxış gətirilir. Dünya təcrübəsinin örnəkləri əsasında təşkil edilən təlim-tədris prosesi 5-6 ay müddətinə nəzərdə tutulub. Peşə üzrə hazırlıq prosesinin iştirakçıları hər iş günü ərzində müxtəlif nəzəri, praktik təlimlərdə iştirak edərək, həm metropoliten infrastruktunu öyrənəcək, qatarların idarə edilməsi, vəzifə və texniki istismar təlimatlarının mənimsənilməsi, təmir prosesinin əsas müddəaları və maşinist peşəsi üçün vacib olan digər vacib tədris proqramını əhatə edən kurslarda iştirak edəcək. Təlimlərin hər mərhələsində imtahanlar təşkil ediləcək və müvafiq hazırlıq səviyyəsinin tələblərinə cavab verənlər növbəti mərhələyə keçəcəklər. Onu da əlavə edək ki, tədris prosesinin iştirakçılarına "Bakı Metropoliteni" QSC-nin təqaüdü veriləcək”.

Məqalədə : Bakı Metropoliteni 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
82

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1774

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
535

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1633

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1762

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2006

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1302

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
814
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 01:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru