Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2018
15:14
Bakı metrosunda həyəcan: qatarlar boşaldıldı

Bu gün saat 11 radələrində metronun "20 Yanvar” stansiyasında problem yaşanıb.

Bu barədə məlumatı sosial şəbəkə istifadəçiləri paylaşıb. Məlumata görə, sərnişinlərə "20 Yanvar” stansiyasında qatarı tərk etmələri tapşırılıb. Növbəti gələn qatara isə sərnişinlərin minməsinə icazə verilməyib. Metropoliten əməkdaşları sərnişinlərə məlumat vermədikləri üçün metroda həyəcan yaşanıb.

Məsələ ilə bağlı danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatar texniki nazaslıq səbəbindən boşaldılıb:

"Saat 10:46-da "Elmlər Akademiyası” stansiyasında maşinist qatarda texniki nasazliq aşkar edib. Sərnişinlır "20 Yanvar” stansiyasında düşürülüb və qatar sərnişinsiz gedib. Həmin qatarın ardınca isə sınaq qatarı xəttə buraxılıb. Sınaq qatarı təmirin ən son mərhələsində xətdə yoxlamaq üçün verildiyindən, sərnişinsiz hərəkət edib”.(Axar.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : metro 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 18:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com