Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2018
14:31
Orfoqrafiya qaydaları layihəsi Nazirlər Kabinetinə təqdim edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini Nazirlər Kabinetinə  təqdim edib.

Bunu FaktXəbər-ə açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.

O bildirib ki, layihənin son variantı 62 maddədən ibarətdir: "Maddələrin hamısı yeni deyil, bəzi maddələr dəyişib".

Qeyd edək ki, bir neçə aydır aparılan Orfoqrafiya qaydaları layihəsi ilə bağlı müzakirələrə sentyabr ayının 13-də keçirilən Orfoqrafiya Komissiyasının iclasında yekun vurulub. Nazirlər Kabineti layihəni təsdiqləyəndən sonra yeni orfoqrafiya qaydaları qüvvəyə minəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Orfoqrafiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 22:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com