Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2018
12:37
Müxalif yazarın itkin düşməsindən sonra Səudiyyə konsulluğu jurnalistləri dəvət edib

Washington Post yazarı, səudiyyə ərəbistanlı Camal Kaşıkçıdan (Kaşukî)  Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda itkin düşdükdən bir neçə gün sonra diplomatik missiya qapılarını jurnalistlərin üzünə açıb. FaktXeber.com-un Al-Jazeera-ya istinadla verdiyi məlumata görə, kadrlarda konsolun otaqları bir-bir göstərdiyi görünür. Konsolluq bununla da Kaşıkçının binada olmadığını sübut etmək istəyib.

Xatırladaq ki, Səudiyyə rejiminə müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.

Anadolu Agency Kaşıkçının konsolluğa girdikdən 2 saat sonra diplomatik missiyadan qara şüşəli bir mikroavtobusun ayrıldığı barədə video paylaşıb. Müxalif yazarın konsolluqda öldürüldüyü, cəsədinin də bu nəqliyyat vasitəsi ilə daşındığı düşünülür.

Bir müddət əvvəl isə "Əl-Cəzirə" Camal Xaşuqinin cəsədini İstanbulda bir mənzildə tapıldığı barədə xəbər verdi. Məlumatda deyilirdi ki, Ərəbistan Konsulluğunda öldürüldüyü iddia olunan Camal Xaşuqinin cəsədi tikə-tikə doğranıb. Onu vəhşicəsinə və işkəncə verərək öldürüblər.

Türkiyə polisi onun sonuncu dəfə Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğuna girdiyini və geri qayıtmadığını bildirir. Məlumatda deyilir ki, türkiyəli Xədicə adlı xanımla evlənmək üçün öncəki arvadından boşanması barədə sənələri almaq üçün konsulluğa gedən Camal Xaşuqi geri qayıtmayıb.

Türkiyə polisi həmçinin bildirir ki, Camal Xaşuqi qəsdən öldürülüb. Onu konsulluğun binasında ölürüblər və cəsədini sonradan çölə çıxarıblar.

Səudiyyə Ərəbistanı bu iddianı rədd edib və cinayətin araşdırılması üçün Türkiyənin razılığı ilə İstanbula istintaq qrupu göndərib.

Qeyd edək ki, Camal Xaşuqi “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.

Məqalədə : Kaşıkçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42928

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41247

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42796

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42311

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47808

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42259

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42628
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2020 18:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru